Məhkəmə qərarları › İş №3(042)-87/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-87/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-87/2021 29.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Gədəbəy rayon Polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X3 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin rəisi, X4 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. X5 məhkəməyə Gədəbəy rayon Polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Gədəbəy rayon mərkəzində yerləşən gözəllik salonunda olmasına görə Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qeyri qanuni olaraq İXM-in 211.1-ci maddəsinə əsasən karantin qaydalarının pozulmasına görə 200 manat məbləğində cərimə edilməsi barədə protokol tərtib olunaraq icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Ona qeyri qanuni cərimə yazılmışdır. O, gözəllik salonuna daxil olmuş lakin xidmətdən istifadə etməmişdir. Onun maddi imkanı aşağıdır. Ona görə də barəsində olan cərimə qərarının ləğv edilməsini istəyir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs və qərardan şikayət vermiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə, saat 13:30 radələrində Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən “Günay” gözəllik salonunda olaraq xüsusi karantin rejimi qaydalarını pozduğuna görə İXM-nin 211.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan Gədəbəy rayon Polis şöbəsinin rəisi, X4 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasında 2020ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında xx xxxxxx 2020-ci il qərarına əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Qərarın 1 nömrəli əlavəsinə əsasən eyni zamanda gözəllik salonlarının və bərbərxanaların fəaliyyəti dayandırılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, X5 xx.xx.2020-ci il tarixdə, saat 13:30 radələrində Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən “Günay” gözəllik salonunda olaraq xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Gədəbəy rayon Polis şöbəsinin rəisi, X4 onu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə etmişdir. O, həmin zaman gözəllik salonuna daxil olmuş lakin xidmətdən istifadə etməmişdir. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada – hərəkət və hərəkətsizlik formasında törədilə bilər. Belə ki, hazırki iş üzrə Gədəbəy rayon Polis şöbəsi tərəfindən İXM-in 211.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda X5 xx.xx.2020-ci il tarixdə, saat 13:30 radələrində Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən “Günay” gözəllik salonunda olaraq xüsusi karantin rejimi qaydalarını pozması göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X5 xx.xx.2020-ci il tarixdə, saat 13:30 radələrində Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən “Günay” gözəllik salonuna daxil olmuş, lakin gözəllik salonuna xidmətdən istifadə etməmişdir. Buna baxmayaraq X5 gözəllik salonuna daxil olmasını karantin qaydalarını pozulması kimi qiymətləndirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 211.1-ci maddəsinin dispozisiyasında epidemiya əleyhinə rejimin pozulması, sanitariya-gigiyena rejiminin pozulması və karantin qaydalarının pozulmasına görə məsuliyyət yaranır. Şəxsin məsuliyyət cəlb edilməsi üçün bu üç hərəkətdən hər hansı biri baş verməlidir. Məhkəmədə müəyyən oldu ki, X5 gözəllik salonunun xidmətindən istifadə etməmişdir. Sadəcə gözəllik salonuna daxil olmasına görə ona İXM-in 211.1-ci maddəsi maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. X1 hərəkət və ya hərəkətsizliyi tam olaraq araşdırılmamışdır. Bu da onu göstərir ki, X3 əməlində İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx xxxxxx 2020ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar