Məhkəmə qərarları › İş №3(042)-88/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-88/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-88/2023 13.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, xx.xx.1963-cü ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Əyrəvəng kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş X2 materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. X2 Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə X1 məxsus bir ədəd hindquşunu öldürərək, ona 30 manat miqdarında maddi ziyan vurmuşdur. İşdə olan 28 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X1 məxsus bir ədəd hindquşunu öldürərək, ona 30 manat miqdarında maddi ziyan vurmuşdur. Həmin fakt üzrə araşdırma aparılmış, 28 oktyabr 2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə, yəni, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən üç ay iki gün keçdikdən sonra məhkəməyə X2 protokol verilmişdir. Məhkəmə X2 materialı araşdıraraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati məsuliyyətə cəlb edilmə müddəti bitmişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar