Məhkəmə qərarları › İş №3(042)-89/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-89/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-89/2022 12.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, xx.xx.1960-cı il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Şəxs 18 yanvar 2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi Toyota Fortuner minik markalı, **-XT-*** nömrə nişanlı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun Gədəbəy rayonu Zəhmət kəndi ərazisində hərəkətdə olarkən “Yol Hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanunun 42 və 51-ci maddələrinin tələblərini pozmaqla, “ötmə qadağandır” yol nişanının tələblərini əməl etməli və ondan qabaqda hərəkət edən avtomobilin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda bunu etməmiş, ondan qabaqda sola doğru manevr etməklə hərəkətdə olan X4 idarə etdiyi Vaz 21213 minik markalı, **-BG-*** nömrə nişanlı avtomobili ötüb keçmək üçün hərəkətə başlamış və avtomobilinin qabaq hissəsi ilə Vaz 21213 markalı avtomobilin sol tərəfindən vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Vaz 21213 markalı avtomobildə olan sərnişin X3 və yol kənarında dayanmış piyada X1 ehtıyyatsızlıqdan sağlamlıqlarına yüngül zərər vurulmasına, Nazim Vəliyevin mülkiyyətində olan Vaz 21213 minik markalı, **-BG-*** nömrə nişanlı avtomobilə 4280 manat və X10 istismarı idarəsinin Gədəbəy xidmət sahəsinə 550 manat maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Gədəbəy rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırma növündə inzibati məsuliyyət müəyyən edilmişdir. 18 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki; Gədəbəy rayon MTE və PA şöbəsindən verilmiş 21 yanvar 2022-ci il tarixli 49 saylı ekspert rəyinə əsasə, Şəxs bədən səthində hər hansı xəsarət aşkar ediməmişdir. Gədəbəy rayon MTE və PA şöbəsindən verilmiş 24 yanvar 2022-ci ıl tarixli, 53 saylı ekspert rəyinə əsasən, X1 bədən səthində aşkar edilmiş xəsarətlər: -sol gözün üst qapağının, sol bazunun qançırları, sol budun yuxarı üçdə birinin geniş ölçülü qançırı küt əşyanın təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 18.01.2022-ci il tarixli avtomobil qəzası-avtomobilin piyadanı vurması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən sol budun yuxarı üçdə birinin geniş ölçülü qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Gədəbəy rayon MTE və PA şöbəsindən verilmiş 24 yanvar 2022-ci il tarixli, 54 saylı ekspert rəyinə əsasən, X4 bədən səthində hər hansı xəsarət aşkar ediməmişdir. Gədəbəy rayon MTE və PA şöbəsindən verilmiş 24 yanvar 2022-ci ıl tarixli. 55 saylı ekspert rəyinə əsasən, X2 bədən səthində hər hansı xəsarət aşkar ediməmişdir. X2 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan “döş qəfəsinin ön divarının səthi travmaları” xəsarət kimi qiymətləndirilmir Gədəbəy rayon MTE və PA şöbəsindən verilmiş 24 yanvar 2022-ci il tarixli, 56 saylı ekspert rəyinə əsasən, X3 bədən səthində aşkar edilmiş xəsarətlər: -başın əzilmiş yaraları, sıyrığı, sol göz ətrafı yumşaq toxumaların qançırı, sol baldırın sıyrılmış səthi yarası və sıyrığı, sol göz ətrafı yumşaq toxumaların qançırı, sol baldırın sıyrılmış səthi yarası və sıyrığı küt əşyanın təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 18.01.2022-ci il tarixli avtomobil qəzası-avtomobillərin toqquşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən başın əzilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar