Məhkəmə qərarları › İş №3(042)-9/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-9/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-9/2022 14.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X8, zərərçəkmiş şəxslər X3, X6 və X13 iştirakları ilə, xx.xx.1977-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Çobankənd kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində 13 yanvar 2021-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar tələblərini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 13 yanvar 2021-ci il tarixdə gəlini X10 ilə aralarında mübahisə olmuş, bu zaman gəlini X1 şikayət etmişdir. Polis əməkdaşları yaşadığı ünvana gəlmiş və onu polis bölməsinə aparmaq istəmişlər. Həmin vaxt sərxoş olmuş, polis əməkdaşları ilə aralarında mübahisə olmuşdur. Etdiyi əməllərdən peşmandır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X14 çıxış edərək, müdafiə etdiyi şəxs barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirmişdir ki, Çobankənd kəndində yaşayan X5 X2ynatası Şəxs ailəsində münaqişə yaratması barədə müraciət etmişdir. O, digər polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş, müəyyən edilmişdir ki, Şəxs gəlini X7 döymüşdür. Onlar hadisənin Gədəbəy RPŞ-nin TB-si tərəfindən araşdırılacağını ona izah etmişlər. Lakin Şəxs ucadan onları nalayiq söyüşlərlə söymüş, ərizəçidən izahat almalarına mane olmağa çalışmış, onların tələblərinə tabe olmamışdır. Şəxs əvvəllər də dəfələrlə ailə münaqişələri yaratmışdır. Ona görə də Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahidlər X12 və X17 eyniməzmunlu izahatlar vermişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 yanvar 2022-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar tələblərinə tabe olmamış və ictimai qaydanı pozmuşlar. İşdə olan X19 Haqqında Protokoldan görünür ki, Şəxs 13 yanvar 2022-ci il tarixdə saat 23:50-də tutulmuşdur. İşdə olan sərxoşluğun müayinəsi haqqında protokoldan görünür ki, Şəxs 13 yanvar 2022-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 30.3-cü maddəsinə əsasən X19 müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmişlərin izahatları və təqdim olunmuş inzibati xəta materialları ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 13 yanvar 2021-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar tələblərini pozmuş və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 13 yanvar 2022-ci il, saat 2350-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar