Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-9/2024 08.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi və qərardan şikəyət verən şəxs X1 iştirakı ilə, X1 Bakı Şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru X3 inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 Bakı Şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru X3 inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsinə uyğun izahat verərək bildirmişdir ki,Mercedes-Benz Vito11 CDİ minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 26 noyabr 2023-cü il tarixdə, saat 11:34 radələrində Bakı Şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru X3 inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respubklikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin qərarla 150 manat inzibati qaydada cərimə edilmişdir. Barəsində olan qərar qanunsuzdur. O, avtomobilə hər hansı bir avadanlıq quraşdırmamış və ya hər hansı bir avadanlığı dəyişdirməmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı Şəhər DYPİ Yol Patrul Xidmətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə DYPİ Yol Patrul Xidmətinin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru X3 çıxardığı inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən 150 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat cərimə təyin edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Bakı Şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru X6 tərəfindən X2 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də şikayət təmin edilməli, xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərar ləğv edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Bakı Şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru X3 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-9/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-9/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver