Məhkəmə qərarları › İş №3(042)-9/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-9/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-9/2025 06.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə barəsində X1 iş üzrə icraat aparılan Şəxs iştiraki ilə xx xxx 1976-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Gədəbəy RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə olan X1 materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 25 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə tərtib edilmiş X1 material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində X1 iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o,Gədəbəy şəhərində kiçik sahibkarlıqla məşğul olur. O, həqiqətən istifadəsində olan mağazada keçən ildən qalmış pirotexniki vasitələri saxlamışdır. 25 dekabr 2024-cü il tarixdə polis əməkdaşları magazaya gələrək,həmin vasitələri aşkar etmiş və protokollaşdırmışdır. X1 materialdan görünür ki, 25 dekabr 2024-cü il tarixdə saat 17 radələrində Gədəbəy şəhər sakini Şəxs Gədəbəy şəhəri, 20 yanvar küçəsində öznə məxsus magazada qanunla satılması qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olunması aşkar edilmişdir. İşdə olan 25 dekabr 2024-cü il tarixli X1 Protokoldan görünür ki, Azərbyacan Respublikası İXM-nin 442-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə-inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində X1 iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 442-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 350 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar