Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-90/2025 13.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Avtomobil X4 X1 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Avtomobil X4 X1 Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında materiallardan görünür ki, xx.xx.2025-ci il tarixdə R-22, Şəmkir - Gədəbəy respublika əhəmiyyətli avtomobil yolunun 27 km hissəsində “Azəriqaz'' İB tərəfindən müvafiq icazə alınmadan avtomobil yolunun mühafizə zolağında (sağ tərəfdə avtomobil yolunun hərəkət hissəsinin mərkəzindən 25 metr məsafədə) kommunikasiya xətti (qaz xətti) çəkməklə yol hərəkəti təhlükəsizliyi qaydaları pozmasına görə Azərbaycan Avtomobil X4 X1 Xidməti Şəxs İXM-in 354.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materiallarla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsinə əsasən, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Avtomobil X4 X1 Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə R-22, Şəmkir - Gədəbəy respublika əhəmiyyətli avtomobil yolunun 27 km hissəsində “Azəriqaz'' İB tərəfindən müvafiq icazə alınmadan avtomobil yolunun mühafizə zolağında (sağ tərəfdə avtomobil yolunun hərəkət hissəsinin mərkəzindən 25 metr məsafədə) kommunikasiya xətti (qaz xətti) çəkməklə yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur. 17 aprel 2025-ci il tarixdə keçirilən inzibati xəta hadisəsi üzrə araşdırma təyin edilmiş və "Azəriqaz” İstehsalat Birliyinə 07 aprel 2025-ci il tarixli, 11-1/2- 183-125/2025 nömrəli bildiriş məktubu, poçt və “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi” vasitəsilə göndərilmişdir. 17 aprel 2025-ci il tarixədək "Azəriqaz" İB tərəfindən "X1 Xidməti" publik hüquqi şəxsinə ərizə və vəsatət daxil olmamış və inzibati xəta hadisəsinə yol verildiyi üçün Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin tələblərinin pozulması səbəbindən "Azəriqaz” İB barəsində xidmətin bölmə rəisi X3 tərəfindən xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözü gedən inzibati xəta hadisəsi ilə əlaqədar olaraq Şəxs İB-i barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində cəlb edilmiş və inzibati xəta hadisəsi üzrə araşdırma 17 aprel 2025-ci il tarixə, saat 16:00-a Gədəbəy rayonu Qızıltorpaq kənd ərazisində yerləşən “32 N-li "xxxx" MMC-nin inzibati binasına təyin olunmuşdur. 17 aprel 2025-ci il tarixdə keçirilən inzibati xəta hadisəsi üzrə araşdırmada Şəxs İB-nin Şəmkir RQİİ üzrə Təmir-tikinti sahəsinin rəisi X5 iştirak etməsinə baxmayaraq o, baş vermiş inzibati xəta hadisəsi üzrə izahat verməkdən və Şəxs İB barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN N ******* nömrəli inzibati xəta haqqında protokolu almaqdan və imzalamaqdan imtina etmişdir. Həmçinin Şəxs etiraz ərizəsində qeyd edilənləri qəbul etmirlər. Belə ki, Texniki şərtin 2-ci bəndinə göstərilir ki, qazlaşdırma prosesi Şəmkir rayonun, Atabəy kəndində olub, lakin Şəxs faktiki qazlaşdırmanı Gədəbəy rayonun Xar-xar kəndində etmişdir. Ona görə də, Şəxs məhkəməyə təqdim etdiyi etiraz ərizəsi əssasız hesab edirlər. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məhkəməyə inzibati xəta haqqında protokola etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə bildirlər ki, Azərbaycan Avtomobil X4 X1 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş onların barəsində olan inzibati protokol tam əsassızdır. Belə ki, protokolda qeyd olunmuşdur ki, Şəxs tərəfindən müvafiq icazələr alınmadan R-22 Şəmkir-Gədəbəy yolunda qazıntı işləri aparılmışdır. Birliyin Təmir-tikinti İdarəsi Azərbaycan Avtomobil X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 159 /T saylı texniki şərt əsasında Şəxs göstərişi ilə Şəmkir rayonu, Y-57-15 R-22 avtomobil yolu üzrə Atabəy kəndində qaz xəttinin çəkilişi işlərinin aparılmasını həyata keçirir, (texniki şərt əlavə edilir) onlara qarşı məhkəməyə protokol təqdim etmiş qurumun yuxarı orqanının verdiyi texniki şərt (razılıq, icazə) əsasında onlar qazıntı işini görmüşlər. Protokolda (və aparılmış danışıq zamanı) qeyd olunmuşdur ki, R- 22 magistral yolunun 27-ci km hissəsində aparılan işlər texniki şərtdə qeyd edilməmişdir. Atabəy kəndində qaz xəttinin çəkilişi ilə bağlı texniki şərtin alınması üçün Birlik tərəfindən 14-2-2/2-4397/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Avtomobil X4nə (AAYDA) müraciət edilmiş və məktuba KMZ faili formatında görüləcək işlərin dairəsini əhatə edən yol xəritəsidə əlavə edilmişdir. Həmin xəritəyə baxandada görünür ki R-22 Şəmkir-Gədəbəy yolu da qazlaşma ilə bağlı görüləcək işlərin əhatəsindədir. AAYDA-nin təqdim etdiyi texniki şərtdə də R-22 yol qeyd olunmuşdur. Həmçinin texniki şərt alınarkən görüləcək işin layihəsi, sxemi də məktuba kmz failinin içərisində əlavə olunur ki, AAYDA mütəxəssisləri layihəyə, sxemə , görüləcək işin əhatə dairəsinə baxaraq ona uyğun texniki şərt versinlər. Hal-hazırda Azərbaycan Avtomobil X4 tərəfindən onlara verilmiş texniki şərtin düzgün olub-olmamasını həmin qurumun tabe oluduğu AAYDA-nin mühafizə xidməti mübahisələndirir. Əgər Atabəy kəndinin qaz xəttinin çəkilməsi ilə bağlı texniki şərtdə hər hansı yanlışıq və ya orda olmayan qeyd varsa buna cavabdeh həmin texniki şərti onlara verən qurumdur. AAYDA-nin mühafizə xidməti öz qurumu ilə qeyd olunan halları aydınlaşdırmadan Birliyə qarşı protokol tətbiq edir. Nəticədə isə bir kəndin qazlaşma işi dayandırılır. Birlik tərəfinə texniki şərtin alınması üçün AAYDA-nə ünvanlanmış müraciətlərinə əlavə edilmiş görüləcək işlərin əhatə dairəsini əks etdirən faildan çıxarış və həmin failin kordinat kodalarına baxanda da, bir daha görünür ki, protokolda qeyd olunan R-22 yolu həmin əhatə dairəsinin içərisindədir və Birlik öz işinə aid olan qazlaşmanın həyata keçirib texniki şərtlə bağlı hər hansı çatışmazlıq və ya yanlışlıq varsada bu həmin texniki şərti onlara verən quruma aid bir məsələdir çünki hər qurumun özünə aid işi vardır. Biz görüləcək işlərin dairəsini əhatə edəcək layihə, sxem, kmz fail vs sənədləri quruma göndərmişlər, onlarda bunlara əsasən texniki şərt vermişdir. Odur ki, iş üzrə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edirlər. İnzibati xəta üzrə iş materiallarında olan; - xx.xx.2025-ci il tarixdə Azərbaycan Avtomobil X4 X1 Xidməti tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə R-22, Şəmkir - Gədəbəy respublika əhəmiyyətli avtomobil yolunun 27 km hissəsində “müvafiq icazə alınmadan avtomobil yolunun mühafizə zolağında kommunikasiya xətti çəkməklə yol hərəkəti təhlükəsizliyi qaydaları pozmasına görə Şəxs barəsində İXM-in 354.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Azərbaycan Avtomobil X4 X1 Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə əraziyə baxış keçirilən zaman R-22, Şəmkir-Gədəbəy respublika əhəmiyyətli avtomobil yolunun sağ tərəfində qorunma-mühafizə zolağında hərəkət hissəsinin mərkəzində 25 metr məsafədə, uzunluğu 800 metr, eni 0,60 santimetr, dərinliyi 1,2 metr hissə qazılaraq komunikasiya (qaz xətti) xətti çəkilməsi aşkar edilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən xətt Şəxs tərəfindən müvafiq icazə alınmadan həyata keçirilmişdir. Hadisə ilə bağlı foto şəkillər materiala əlavə edilmişdir. Məhkəmə Şəxs etiraz ərizəsinə və təqdim edilmiş sənədlərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Avtomobil X4 X1 Xidməti ilə Şəxs arasında razılaşdırılmış 24 oktyabr 2024-cü il tarixli texniki şərt Şəmkir rayonu, Atabəy kəndi ərazisində qaz təchizatı ilə bağlı olmuşdur. Hazır ki inzibati xəta hadisəsi isə R-22, Şəmkir - Gədəbəy respublika əhəmiyyətli avtomobil yolunun 27 km hissəsində, Gədəbəy rayonu, Xarxar kəndi ərazisində baş vermişdir. Beləliklə, məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, inzibati xəta haqqında işdə iştirak edən şəxsləri dinləyib, belə nəticəyə gəlir ki, Şəxs əməli İXM-nin 354.0.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərər alaraq, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törətmiş şəxs Şəxsnə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 3.000 (üç min) manat məbləğində inzibati cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1,115, 117 və 128-130-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-90/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-90/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver