Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-91/2023 13.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, barəsində X6 icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1956-cı ildə Gədəbəy rayonun, Dikbaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsi ilə Gədəbəy Rayon Polis X4 Polis Bölməsindən daxil olmuş X6 materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Polis X4 Polis Bölməsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. X6 Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə X3 məxsus torpaq sahəsinin ətrafına çəkilmiş hasarı uçuraraq, ona 500 manat miqdarında maddi ziyan vurmuşdur. Barəsində X6 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, zərərçəkmiş şəxs onun 6 ağacını kəsmiş və torpaq sahəsində olan hasarını və tövləsini uçurmuşdur. Ona görə də, X3 məxsus torpaq sahəsinə çəkilmiş hasarı uçurub. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, Şəxs ona məxsus olan torpaq sahəsinin ətrafına çəkdiyi hasarı sökmüş, ona 500 manat maddi ziyan vurmuşdur. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X7 məxsus torpaq sahəsinin ətrafına çəkilmiş hasarı uçuraraq, ona 500 manat miqdarında maddi ziyan vurmuşdur. Məhkəmə inzibati xəta əməlinin ağırlıq dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməli, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində cərimə edilməlidir. Məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə, yəni, 500 manat cərimə inzibati tənbehi təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-91/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-91/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver