Məhkəmə qərarları › İş №3(042)-92/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-92/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-92/2021 09.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, xx.xx.1975-ci il tarixdə Gədəbəy rayonda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonunun Qoşabulaq kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan X1 materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində 30.01.2021-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan mülki silah aşkarlanması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə X1 protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. X1 Protokoldan görünür ki, 30.01.2021-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan mülki silah aşkarlanmışdır. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Gədəbəy rayonunun Qoşabulaq kənd sakini Şəxs götürülmüş 1 ədəd 16 kalibrli lüləsində və qundağında P70348 yazısı yazılmış, tək lülə ov tüfənginin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, 30.01.2021-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan mülki silah aşkarlanmışdır. Bu barədə Gədəbəy Rayon Polis Şöbəsində təhqiqat aparılmış, toplanmış material üzrə Gədəbəy rayonunun Qoşabulaq kənd sakini Şəxs götürülmüş 1 ədəd 16 kalibrli lüləsində və qunağında P70348 yazısı yazılmış, tək lülə ov tüfənginin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinməli, 1 ədəd 16 kalibrli lüləsində və qundağında P70348 yazısı yazılmış, tək lülə ov tüfəngi müsadirə edilməklə ona səksən manat miqdarında inzibati cərimə növündə inzibati tənbehi təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117, 128 və 130-cu maddələrinin rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin, 1 ədəd 16 kalibrli lüləsində və qundağında P70348 yazısı yazılmış, tək lülə ov tüfəngi müsadirə edilməklə ona səksən manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar