Məhkəmə qərarları › İş №3(042)-92/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-92/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-92/2025 29.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş X1 iştirakları ilə, xx.xx.1982-cı il tarixdə Gədəbəy rayonu, Maarif kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 329.3 və 334.2-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 22 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.3 və 334.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, 22 aprel 2025-ci il tarixdə spirtli içki qəbul etmiş və sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Gədəbəy şəhərinin mərkəzində Gədəbəy RPŞ-nin YPX-nin əməkdaşları onu saxlamışlar.Törətdiyi əməldən peşmandır. Ona görə də barəsində həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında protokolu tərtib etmiş X3 izahat verərək bildirmişdir ki, o, Gədəbəy RPŞ-nin YPX-nin əməkdaşıdır. 22 aprel 2025-ci il tarixdə Bağırov X2 şəhərinin mərkəzində hərəkət edərkən səhv manevr edərək, qayda pozuntusu törətdiyinə görə onu saxlamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, o, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini spirtli içki qəbul edərək idarə etmişdir. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2025ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.3 və 334.2-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan Alkotesterin 22 aprel 2025-ci il tarixli kağız daşıyıcsından görünür ki, Şəxs qanında alkoqoun miqdarı 1,052 promil olmuşdur. İşdə olan Gədəbəy RPŞ-nin 15 dekabr 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından görünür ki, Şəxs həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.3. və 334.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 329.3-ci maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmişi dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025ci il tarixdə təkrar olaraq, il ərzində sərxoş vəziyyətdə hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən yol-hərəkət qaydalarını pozmuş, bununla da Azərbaycan Respublikası İXMnin 329.3 və 334.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə qərara gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 334.2-ci maddələrinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.3 və 334.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinə əsasən 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 29 aprel 2025-ci il saat 16:05-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar