Məhkəmə qərarları › İş №3(042)-93/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-93/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-93/2023 15.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə X2 ilə aralarında mübahisə olmuş, ona məxsus 695 manat dəyərində məişət əşyalarını sındırmışdır. Lakin o, X1 dəymiş zərəri ödəmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan inzibati X3 görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə X1 məxsus 695 manat dəyərində məişət əşyalarını sındırmışdır. Gədəbəy Rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X1 məxsus 695 manat dəyərində məişət əşyalarını sındırmış və ona maddi ziyan vurmuşdur. Məhkəmə Sübutların qiymətləndirilməsi haqqında qərara münasibət bildirərək, belə nəticəyə gəlir ki, həmin qərarda Şəxs inzibati məsuliyyətə cəlb edilməsi göstərilməmiş, lakin Gədəbəy Rayon Polis Şöbəsinin tərtib etdiyi protokol həmin qərar üzrə tərtib edilmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona dəymiş zərəri ödəmişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar