Məhkəmə qərarları › İş №3(042)-94/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-94/2022

15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-94/2022 15.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materiallardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Gədəbəy rayon Polis şöbəsi tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 232- 1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində tərtib edilmiş inzibati protokol və toplanmış material Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirərək qeyd edir ki, Gədəbəy rayonu, Qoşabulaq kənd sakini X5 10.08.2021 -ci il tarixdə saat 23:02 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bildirmişdir ki, Əvəz, Etibar və Lətifə adlı şəxslər onu döymüşdür. 01.07.1950-ci ildə Gədəbəy rayonunda anadan olan, Gədəbəy rayonu Qoşabulaq kəndində yaşayan X5 10.08.202 -ci il tarixdə Gədəbəy rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə saat 23:00 radələrində X6 onu döyərək bədən xəsarəti yetirmişdir. X1 ərizəsində Etibar Qurbanov onu döyməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Gədəbəy RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Asif Ələkbərovun 24 avqust 2021-ci il tarixli, qərarı ilə X3, X4 və Şəxs əməllərində cinayət hadisəsi olmadığı üçün toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi və vətəndaş X3 və X4 əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin əlaməti olduğundan barələrində İnzibati qaydada tədbir görülməsindən ötrü və tərəflər arasında münaqişəli vəziyyət nəzərə alınaraq gələcəkdə baş verə biləcək neqativ hallarının qarşısının alınmasına görə vaxtaşırı profilaktiki tədbirlər görülməsi üçün qərarın surəti X2 göndərilməsi qərara alınmışdır. Lakin, cinayət işinin başlanmasının rədd edilməsi qərarının Şəxs tərəfindən rəsmi qaydada almasını təsdiq edən heç bir sənəd materiala əlavə edilməmişdir. Həmçinin Gədəbəy Rayon Məhkəməsinin 3(042)-292/2021 saylı, 10.11.2021-ci il tarixli qərardadı ilə qeyd edilmiş çatışmazlıqların aradan qaldırılması barədə Gədəbəy Rayon Polis Şöbəsinə göstəriş verilmiş, lakin həmin göstəriş yerinə yetirilməmişdir. Belə olan halda, Şəxs qərardan şikayət vermək hüququnu şübhə altına alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın prosessual şəxslərinin - təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; müstəntiqin; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Qeyd olunan maddənin 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutma və həbsdə saxlanılması; tutulmuş və ya həbs edilmiş şəxsin hüquqlarının pozulması; həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Məhkəmə qeyd olunan halları inzibati xəta haqqında materialın natamam toplanılması kimi qiymətləndirir və hesab edir ki, həmin material baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM 109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq , QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar