Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-94/2025 20.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi,“X4” MMC-nin nümayəndəsi X1 iştirakı ilə “X4” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi tərəfindən “X4” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Tovuz Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-2000/012/001074 saylı raportun araşdırılması zamanı müəyyən edilişdir ki, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan “X4" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 99FV061/10ZE061 nömrə nişanlı yük nəqliyyat vasitəsində gəlmiş “plastik məhsullar” yükünə dair idxalatçı tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda qeyd olunan yük “Qırmızı körpü” gömrük postundan ölkə ərazisinə gətirilərkən, gömük orqanına qısa idxal bəyannaməsi təqdim edilməmiş, bununla qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannamənin inzibati məsuliyyətinə səbəb olur. Araşdırma ərzində "X4" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********0121 saylı xx.xx.2025-ci il tarixli qısa idxal bəyannaməsinin saat 04:25-də rəsmiləşdirildiyi müəyyən edilmişdir. Həmçinin 10ZE061 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ölkə ərazisinə xx.xx.2025-ci il tarixdə saat 03:08-də daxil olduğu müəyyən edilmişdir. İşdə olan materiallardan görünür ki, 10ZE061 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ölkə ərazisinə xx.xx.2025-ci il tarixdə saat 03:08-də daxil olmuş, **********0121 saylı, xx.xx.2025-ci il tarixli qısa idxal bəyannaməsi isə saat 04:25-də təqdim edilmişdir.Qısa idxal bəyannaməsi nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olduqdan sonra elektron Formada təqdim edilmişdir. Ona görə də," X4" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-cİ maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, nəqliyyat vasitəsi 16 mart 2025-ci il tarixdə ölkə ərazisinə daxil olmuş, qısa idxal bəyannaməsi isə 13 mart 2025-ci il tarixdə, yəni, qanunda nəzərdə tutulmuş vaxtdan əvvəl portala daxil edilmişdir. Lakin gömrük orqanının elektron informasiya sistemində yaranmiş nasazlıq səbəbindən bəyannamə qeydə alınmamışdır. Yəni, təmsil etdiyi hüquqi şəxs tərəfibndən inzibati xəta əməli törədilməmiş, qısa idxal bəyannaməsi gömrük porqanınnın elektron informasiya sistemində olan nasazlıq səbəbindən qeydə alınmamışdır. Bu barədə nəqliyyat vasitəsinin sürücüsü məlumat verdikdən sonra 16 mart 2025-ci il tarixdə də saat 4:25-də yenidən elektron formatda bildirişi portala yerləşdirilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokolunun surətindən görünür ki, 10ZE061 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ölkə ərazisinə xx.xx.2025-ci il tarixdə saat 03:08-də daxil olmuş, **********0121 saylı, xx.xx.2025-ci il tarixli qısa idxal bəyannaməsi isə saat 04:25-də təqdim edilmişdir.Qısa idxal bəyannaməsi nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olduqdan sonra elektron Formada təqdim edilmişdir. İşdə olan İD********** saylı imzalanmış Elektron Bildirişin surətindən görünür ki, 10ZE061 dövlət qeydiyyat nişanlı nəqiyyat vasitəsilə gətirilən materiallar və məmulatlarla əlaqədar 13 mart 2025-ci il tarixdə saat 13:16-da məlumat portala yerləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 485.2-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilr. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, 10ZE061 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ölkə ərazisinə xx.xx.2025-ci il tarixdə saat 03:08-də daxil olmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən həmin nəqiyyat vasitəsilə gətirilən materiallar və məmulatlarla əlaqədar İD********** saylı imzalanmış Elektron Bildiriş 13 mart 2025-ci il tarixdə saat 13:16-da gömrük orqanının portalına yerləşdirilmişdir. Yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən hər hansı bir inzibati xəta əməli törədilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrinin rəhbər tutaraq, qərara aldı : İş üzrə icraata xitam verilsin, "X4" MMC inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-94/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-94/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver