Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-96/2023 15.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X2 və Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, X2 Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin müdiri Əzim Məmmədovun oğlunun inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o, Gədəbəy rayonunun Arıqıran kəndində özünə məxsus bir otaqlı kiçik yaşayış evi tikmişdir. Tikinti yekunlaşdırdıqdan sonra isə Əmlak İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əməkdaşları xəbəri olmadan 26 sentyabr 2022-ci il tarixdə tikiliyə baxış keçirmişlər və onu xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə 500 manat cərimələmişlər. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əməkdaşları ona məlumat vermədən və iştirakı olmadan onu cərimə etmişlər. Bu barədə ona inzibati xəta haqqında protokol və cərimə qərarları rəsmi qaydada təqdim edilməmişdir. Həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ona məlumat verilməmiş, izahatı alınmamış və iştirakı olmadan əsassız protokol tərtib edilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Bundan başqa Gədəbəy Rayon İcra və Probasiya Şöbəsində onun pensiyasından tutmalar emişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin nümayəndəsi X6 izahat verərək, bildirmişdir ki, X5 özünə məxsus torpaq sahəsində yaşayış evi tikmişdir. X5 barəsində inzibati material başlanılan zaman o, şöbəyə dəvət edilmiş, ona məktub göndərilmişdir. X1 şöbənin iclasına gəlməmişdir. Ona görə də şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını və işdə olan sənədləri əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin müdiri, dövlət müfəttişi X7 inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən 500 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X5 Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs izahatında torpaq sahəsində yaşayış evi tikməsini bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* qanunidir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-96/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-96/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver