Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-96/2024 18.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 529.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunması barədə materiala baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy rayonu, Novoivanovka kəndində qeydiyyatda olan Şəxs xx.xx.2023-cü il tarixdə “VAZ 21074 minik” markalı **-GK-*** qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində həmin tarixdə İXM-in 327.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat məbləğində cərimə edilmişdir. Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta üzrə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət yaranır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə İXM-in 327.1-ci maddəsi ilə cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şəxs həmin qərardan tərtib edildiyi vaxt məlumatı olduğunu və həmin qərardan 20 gün müddətində şikayət vermək hüququnun olduğunu nəzərə alsaq, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İXM-nin 529.3-cü maddəsinə görə isə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət yaranır. Yəni, Şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta, qərar qanuni qüvvəsini aldıqdan 3 ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək ödənilmədiyi təqdirdə yaranmış olardı. Lakin, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin əməkdaşı tərəfindən bu müddət gözlənilmədən Şəxs İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs əməlində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməli və o inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-96/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-96/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver