Məhkəmə qərarları › İş №3(042)-96/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-96/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-96/2025 14.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Səbail rayon Polis İdarəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixində Gədəbəy Rayon Məhkəməsinə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol daxil olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında material işə baxılarkən tamamlanması mümkün olmayan dərəcədə natamamdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq, inzibati məsuliyyətin yaranmasına səbəb olan, qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş inzibati tənbeh vermə haqqında qərar və inzibati xəta haqqında protokol materiala əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılamağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Şəxs barəsində olan inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş digər sənədlər onu tərtib orqana – Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Səbail rayon Polis İdarəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qaytarılsın. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar