Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-97/2023 04.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, “X14” MMC-nin nümayəndəsi X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 nümayəndəsi X3 iştirakları ilə “X14” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş X12 protokola və materiallara baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsindən “X14” MMC barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 nümayəndəsi X4 izahat verərək, bildirmişdir ki, təmsil etdiyi orqanın tərtib etdiyi protokolu müdafiə edir və qanunda nəzrdə tutulmuş qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında “X14” MMC-nin nümayəndəsi X2 izahat verərək, bildirmişdir ki, X10 ilə həqiqətən 07 iyul 2021-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Lakin onun ərizəsi əsasında 10 avqust 2021-ci il tarixdə X9 verilmişdir. Bu zaman Mahir İbişovla qanunda nəzərdə tutulmuş qaydada haqq-hesab aparılmışdır. İcraatın başlanmasına səbəb Mahir İbişovun atasının şikayət ərizələri, protokolun tərtib edilməsinə əsas isə onun tərəfindən təqdim edilmiş 07 may 2022-ci il tarixli fakturalar olmuşdur. Guya həmin fakturalar ilə Mahir İbişov malın təhvil-təslimini aparmışdır və bu onun həmin vaxt əmək müqaviləsi olmadan işə cəlb edildiyini təsdiq edir. Halbuki, bu fakturalar Mahir İbişovun həmin malın məhz “X14” MMC tərəfindən ona verildiyini təsdiq etmir. Fakturada ambardar və bölgə müdiri hissələri imzalanmamışdır. Yəni, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X7 Xidməti bu fakturaların “X14” MMC-nin təqsirini təsdiq edən sübut kimi qəbul edib qiymətləndirməsi yolverilməzdir. Bu formalı fakturalar “X14” MMC-də yoxdur. Mahir İbişiv onunla X9 verildiyi vaxtdan “X14” MMC-də işləməmişdir. Ona görə də icraata xitam verilməsini xahiş edir. İşdə olan X12 Protokoldan görünür ki, “X14” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan Fakturaların surətlərindən görünür ki, 07 may 2022-ci il tarixdə malın təhvil verilməsi haqqında tərtib edilmiş, Mahir İbişov və malı alan tərəfindən imzalanmışdır. Anbardar və bölgə müdiri qrafaları imzalanmamışdır. Fakturanın üzərində möhür yoxdur. İşdə olan Əmək Müqaviləsi, Ərizə, Əmr, X9 Verilməsi ilə X16 Bildirişinin surətlərindən görünür ki, X11 ilə 07 iyul 2021-ci il tarixdə Əmək Müqviləsi bağlanılmış, 08 avqust 2021-ci ildə X9 verilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 75.0. və 75.0.1-ci maddələrinə əsasən X12 iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X12 iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X12 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində X12 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X12 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Mahir İbişovla “X14” MMC arasında 07 iyul 2021-ci il tarixdə əmək müqaviləsi bağlanılmış, 08 avqust 2021-ci il tarixdə X9 verilmişdir. İş üzrə Mahir İbişovun X9 verildikdən sonra “X14” MMC-də işləməkdə davam etməsini təsdiq dən sübut kimi təqdim edilmiş fakturaların özlərinin həqiqətən “X14” MMC-də malların təhvil-təslimini tənzimləyən sənədlər olması sübut edilməmişdir. Həmin fakturlar Mahir İbişovdan başqa “X14” MMC-nin hər hansı bir vəzifəli şəxsi tərəfindən imzalanmamış, imzalar möhürlə təsdiq edilməmişdir. Yəni, həmin fakturalar “X14” MMC-nin təqsirliliyini təsdiq edən mötəbər sübutlar kimi qiymətləndilməməli, “X14” MMC-nin təqsirliliyi sübut edilməmiş hesab edilməlidir. Yəni, X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “X14” MMC tərəfindən hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi, “X13” MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Ona görə də “X14” MMC barəsində olan X12 iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53, 76, 05, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-97/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-97/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver