Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-98/2025 27.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə X2 Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 Azərbaycan Respiblikası DİN-in BDYPİ-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2025-ci il tarixli EQ 27517068 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəni onunla əsaslanırmışdır ki, sahibliyində etibarnamə əsasında idarə etdiyi “Honda minik” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 23 aprel 2025-ci il tarixdə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu ərazisində avtomobili ilə hərəkətdə olan zaman sola dönmə əməliyyatı etmiş və dəmiryolu keçidinə yaxınlaşmışdır.Qanunun tələblərinə görə o, “STOP” yol nişanına uyğun olaraq avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmış və avtomobili yol nişanının qarşısında, yəni, yanında nişanı keçməmiş dayandırmışdır. Lakin onun barəsində əsassız olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli EQ27517068 saylı qərar tərtib edilmiş və inzibati cərimə yazılmışdır. Təqdim edilmiş fotoşəkillərdən görünür ki, STOP nişanını keçdikdən sonra avtomobil çəkilmişdir. O, avtomobilini qanunun tələblərinə uyğun olaraq, nişanın qarşısında saxlamışdır. Ona görə də inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respiblikası DİN-in BDYPİ-ə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respiblikası DİN-in BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 27517068 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddələrinə əsasən 40 manat miqdarında inzibati cərimə tənbehi təyin edilmişdir Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə ərizəçinin 23 aprel 2025-ci il tarixdə Yevlax- Ağdam-Laçm yolunun Bərdə rayonu ərazisində hər hansı bir yol hərəkəti qaydasını pozması halının mötəbər sübutlarla təsdiq edilməməsi müəyyən edilmişdir. Ona görə də təqsirsizlik prezumpsiyası prinsipi əsas götürülməklə, şikayət təmin edilməli, Azərbaycan Respiblikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27517068 saylı inzibati tənbehverilmə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respiblikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27517068 saylı inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-98/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-98/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver