Məhkəmə qərarları › İş №3(043)-10/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-10/2020

09.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-10/2020 09.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(043)-10/2020 nömrəli inzibati xəta haqqında qərarının icrasına xitam verilməsinə dair Şəxs vəsatətinə məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: Gəncə şəhər Baş Polis İdarəsinin dövlət yol şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2018-ci il tarixdə 10 (on) manat, xx.xx.2018-ci il tarixdə 10 (on) manat məbləğində cərimə edilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Gəncə şəhər Baş Polis İdarəsinin dövlət yol şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(043)-10/2020 nömrəli qərarına əsasən Şəxs İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2020-ci il tarixdə məhkəməyə vəsatət verərək, ******* protokol üzrə cərimə pulunu tam şəkildə ödədiyini nəzərə alaraq Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(043)-10/2020 nömrəli qərarının icrasına xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs İXP ******* nömrəli protokol üzrə 176 manat cərimə pulunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ərizəsini, protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs inzibati xətanın törədilməsinə görə təyin olunmuş cəriməni ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(043)- 10/2020 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın icrasına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkət qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq ona hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128, 130, 152.5 -ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 176 manat pulu ödədiyindən Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(043)- 10/2020 nömrəli inzibati xəta haqqında qərarın icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar