Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-100/2021 22.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X3 barəsində qəbul edilmiş xx.xx.2018-ci il tarixli EQ 153685 saylı, xx.xx.2019-cu il tarixli, EQ 495193 saylı, xx.xx.2019-cu il tarixli, EQ 957084 saylı, 11,06.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019cu il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ3799841 saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətin mümkünlüyünə dair məsələyə, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: X2 şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli EQ 153685 saylı, xx.xx.2019-cu il tarixli, EQ 495193 saylı, xx.xx.2019-cu il tarixli, EQ 957084 saylı, 11,06.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ3799841 saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında qərarların əsassız olduğu üçün ləğv edib, iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. Şikayətdə göstərilmişdir ki, o bu günlərdə sürücülük vəsiqəsini dəyişdirən zaman Gəncə Asan Xidmət Mərkəzində ona bildirimişdir ki, onun adına cəmi 470 manat ödənilməmiş cərimə vardır. O maraqlanan zaman məlum olmuşdur ki, onun keçmiş iş yerində adına verilmiş etibarnamə ləğv edilmədiyindən, əvvəllər işlədiyi dövrdə idarə etdiyi ŞHACMAN SX3314DT366 yük markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomaşınını idarə edən şəxs yol hərəkət qaydalarını pozduqca onun adına 10 ədəd inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir və həmin qərarlara görə o 470 manat cərimə ödəməlidir. Bildirir ki, onun inzibati tənbeh vermə haqqında qərarlardan xəbəri olmamışdır. Bu barədə ona nə bildiriş, nə də ki, SMS xəbər göndərilməmişdir. O barəsində tərtib edilmiş həmin 10 ədəd inzibati tənbeh vermə haqqında elektron qərarlarla razı deyildir. Ona görə ki, o heç bir inzibati xəta törətməmişdir. O xx xxxxx 2019-cu il tarixdən rəsmi qaydada işdən çıxmışdır. Qərarların tarixindən də göründüyü kimi, həmin inzibati xəta onun işdən çıxdığı vaxta təsadüf edir. Bu da onun heç bir inzibati xəta törətmədiyini tam sübut edir. Ona görə də hesab edir ki, o heç bir inzibati xəta törətməmiş və bu səbəbdən də ona tətbiq edilmiş cərimə cəzası silinməlidir. Onu da bildirir ki, o ailənin yeganə qazanc gətirənidir, daimi iş yeri yoxdur, fərdi qaydada işləyərək çörək pulunu çıxarır. Belə bir ağır iqtisadi vəziyyətdə o nəyə görə heç bir inzibati xəta törətmədiyi halda 470 manat cərimə ödəməlidir. Həm də ki, 470 manat pul onun ailəsinin bəlkə də iki aylıq dolanışığıdır. Ona görə də həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; X1 xx.xx.2020-ci il tarixdə məhkəməyə şikayət versə də xx.xx.2018-ci il tarixli EQ 153685 saylı, xx.xx.2019-cu il tarixli, EQ 495193 saylı, xx.xx.2019-cu il tarixli, EQ 957084 saylı, 11,06.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı, xx.xx.2020ci il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ3799841 saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərarlar barədə daha gec məlumatlandırılması ilə bağlı sübut təqdim etməmiş, qərarın sürətini nə vaxt almasını şikayətində göstərməmişdir. Belə ki, qərarın qəbul edildiyi vaxtdan uzun müddət keçmiş, həmin qərarın İXM-nə uyğun olaraq şikayətçiyə nə vaxt verilməsi barədə hər hansı sənəd şikayətə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü X4 şikayətində inzibati tənbeh vermə haqqında xx.xx.2018-ci il tarixli EQ 153685 saylı, xx.xx.2019-cu il tarixli, EQ 495193 saylı, xx.xx.2019-cu il tarixli, EQ 957084 saylı, 11,06.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2020ci il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ3799841 saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərarları nə vaxt almasını göstərməmiş, şikayət müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Belə olan halda inzibati tənbeh vermə haqqında qərardan şikayət müddət ötürüldükdən sonra verilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40. 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: X3 xx.xx.2018-ci il tarixli EQ 153685 saylı, xx.xx.2019-cu il tarixli, EQ 495193 saylı, xx.xx.2019-cu il tarixli, EQ 957084 saylı, 11,06.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2020ci il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ3799841 saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(043)-100/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-100/2021
22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver