Məhkəmə qərarları › İş №3(043)-1001/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-1001/2020

28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-1001/2020 28.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsnin Dövlət yol polis şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə idarə etdiyi “VAZ 2106 minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti ilə düzünə Dəmir Yol vağzalı istiqamətində hərəkətdə olan zaman həmin prospektdə yerləşən “Murad” marketin bərabərliyində yolu soldan sağa keçmək istəyən piyadaçı X3 ehtiyatsızlıqdan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat təqribən 18:30 radələrində «VAZ 2106» markalı 50 CA206 qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti ilə düzünə, yaşadığı ev istiqamətində hərəkətdə olan zaman həmin prospektdə yerləşən “Murad” marketin bərabərliyində yol işıqlandırlmasının olmadığından yolda olan piyadaçını yaxın bir məsafədən görmüş, avtomobilinin sürətini azaltmışdır ki, həmin piyadaçını vurmasın lakin, buna baxmayaraq avtomobilinin sağ hissəsi ilə piyadaçını vurmuşdur. Nəticədə həmin piyadaçı yerə yıxılmışdır və xəsarət almışdır. Hadisədən dərhal sonra, o, avtomobilini saxlamışdır. Yerə düşmüşdür, həmin piyadaçını götürərək avtomobilinə əyləşdirmiş və onu tez bir zamanda 3 saylı X8 Xidmətinə aparmışdır. Orada həmin şəxsə ilkin tibbi yardım göstərildikdən sonra piyadaçını evlərininə gətirmiş, daha sonra ondan üzürxahlıq etmiş və ona bildirmişdir ki, səhəri günü onu yenidən həkimə aparacaqdır və bundan sonra öz evinə getmişdir. Təqribən bir neçə saatdan sonra ona polis əməkdaşı zəng etmiş və hadisə törətməyini demişdir. Onu polis idarəsinə dəvət etmişdir. O, polis əməkdaşı ilə birlikdə sərxoşluğun müayinə edilməsi üçün RND-yə getmişdir və orada onun sərxoş olmadığı müəyyən edilmişdir. Piyadaçını çox yaxın bir məsafədən gördüyünü və bu səbəbdən də hadisənin qarşısını ala bilmədiyini, hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini bildirdi. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə zərərçəkmiş şəxs X4 bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. İnzibati materiala əlavə olunmuş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8ci maddəsi ilə protokol tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixli 8İ-6162 reyestr nömrəli ərizənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, zərərçəkmiş X1 Fikrət Bayraməli oğlu tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, əməlindən səmimi peşiman olmasını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43,112,114,115,117,128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar