Məhkəmə qərarları › İş №3(043)-1005/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-1005/2020

07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-1005/2020 07.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş-leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında xx.xx.2020-ci il tarixdə MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün aidiyyətı üzrə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2020-ci il tarixdə MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bu zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək tabesizlik göstərmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTBin polis sahə rəisi, polis baş-leytenantı X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20 radələrində ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bu zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirib qəsdən tabesizlik göstərmişdir. Buna görə də Şəxs qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə onu Kəpəz RPİ-nə gətirilmiş barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o, özünü təqsirli bilir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri Kəpəz rayonu “Aura” parkın qarşısında yolun kənarı ilə piyada yaşadığı evə gedərkən, polis əməkdaşı yaxınlaşaraq özünü təqdim edib ona demişdir ki, X1 xəsarət yetirilmiş və xəstəxanaya yerləşdirilmişdir. Ona məxsus mobil telefondan xəsarət almış şəxsə zəng getmişdir. Polis əməkdaşı onunla birlikdə polis idarəsinə getməyi təklif etmişdir. Bu zaman o əsəbi olduğundan öz-özünə əsəbləşib söyüş söymüşdür, etiraz edərək polis idarəsinə getmək istəmədiyini bildirmiş, polis əməkdaşı onu sakitləşdirmək istəsə də əhəmiyyət verməmişdir. Bu zaman polis əməkdaşı post patrul avtomobilini çağırmış və onu həmin avtomobilə mindirib polis idarəsinə aparmışlar. Məhkəmədən onun maddi imkanının olmamasını və əməlini etiraf etməsini nəzərə alaraq barəsində yüngül tənbeh növü tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhər RPİ-nin CAŞ-nin baş əməliyyatmüvəkkili, polis baş-leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində xx.xx.2020-ci il tarixdə saat 09:48 dəqiqədə Gəncə şəhəri F.Əliyev küçəsi bina 10 mənzil 49-da yaşayan X1 xəsarət yetirməkdə şübhəli bilinən Şəxs Gəncə şəhəri Dəyirman dairəsi yaxınlığında görüb yaxınlaşıb özünü ona təqdim edərək Kəpəz RPİ-nə dəvət edən zaman Şəxs özünü qeyrisəmimi apararaq uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. O həmin vaxt vət. Şəxs xəbərdarlıq edərək onu nizam-intizama dəvət etsə də həmin şəxs öz hərəkətlərini davam etdirib onun qanuni tələbinə qəsdən tabe olmadığı üçün onu Kəpəz RPİ-nə gətirib təhvil vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, № ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:20-də inzibati qaydada tutulmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici ifadə, protokol tərtib etmiş şəxsin izahatı və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs оğlu hаqqındа inzibаti tənbeh tətbiq edilməsi məsələsini müzаkirə edərkən оnun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hаllаrı müəyyən etməmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq, оnun şəxsiyyətini, heç bir yerdə işləməməklə maddi imkanının olmamasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törətdiyi inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli tutulduğu vaxtdan xx xxxxxx 2020-ci il tаrixdən saat 20:20-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X8 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar