Məhkəmə qərarları › İş №3(043)-1006/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-1006/2020

08.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-1006/2020 08.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əlahiddə yol patrul xidməti bölüyünün baş inspektoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, İrmaşlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2020-ci il tarixdə saat 20:35-də sürücü Şəxs sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “VAZ-21074” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsin sağlamlığına yüngül xəsarət yetirmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş X9 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə qardaşı X2 məxsus olan “VAZ-21074” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşının icazəsi ilə sürücülük hüququ və etibarnaməsi olmadan idarə edərək Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi ilə “Nizami sovxozu” dairəsi istiqamətində hərəkətdə olarkən ünvan 1 ünvanının bərabərliyində yolun sağ zolağından birbaşa geriyə dönmə manevri edərkən yolun sol zolağı ilə gələn nəqliyyat vasitəsini gözləməmiş, nəticədə sol zolaqda hərəkət edən “Opel Vectra” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Opel Vectra” markalı avtomobilin sərnişini X1 yüngül xəsarət yetirilmiş, avtomobilin sahibi X7 isə 405 manat maddi zərər vurulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, faktiki olaraq Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşayır. xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində işdən çıxmış, komendant saatının başlanmasına az qaldığından gecikməmək üçün qardaşına məxsus “VAZ 21074” markalı 9 GX 411 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün götürmüşdür. Sürücülük vəsiqəsi və həmin avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. İş yoldaşı Xəyalı ünvan 1 ünvanının bərabərliyində düşürdükdən sonra sağ zolaqdan dönmə işığını yandıraraq geriyə dönmə manevri etmək istəmiş, bu zaman yolun əks istiqamətli zolağına keçmək istəyərkən onunla eyni istiqamətdə sol zolaqla gələn “Opel Vectra” markalı avtomobil onun idarə etdiyi avtomobilə sol arxa qapısı tərəfdən çırpılmışdır. Hadisə nəticəsində “Opel Vectra” markalı avtomobilin sərnişini olan qadının başından xəsarət aldığını görmüşdür. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Təqsirini qəbul edir və törətdiyi inzibati xətaya görə peşmandır. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və X4 Şöbəsinin baş təhqiqatçısı X3 xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məlum olur ki, Şəxs xx.xx.2020-ci il tarixdə qardaşı X2 məxsus olan “VAZ-21074” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşının icazəsi ilə sürücülük hüququ və etibarnaməsi olmadan idarə edərək Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi ilə “Nizami sovxozu” dairəsi istiqamətində hərəkətdə olarkən ünvan 1 ünvanının bərabərliyində yolun sağ zolağından birbaşa geriyə dönmə manevri edərkən yolun sol zolağı ilə gələn nəqliyyat vasitəsini gözləməmiş, nəticədə sol zolaqda hərəkət edən “Opel Vectra” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Opel Vectra” markalı avtomobilin sərnişini X1 yüngül xəsarət yetirilmiş, avtomobilin sahibi X7 isə 405 manat maddi zərər vurulmuşdur. Həmin fakta görə cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 1753 nömrəli rəyinə əsasən, X6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın və hər iki göz ətrafı nahiyələrinin yumşaq toxumalarının əzilməsi və hematoması - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs “VAZ 21074 markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ və etibarnaməsi olmadan idarə edərək Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi ilə “Nizami sovxozu” dairəsi istiqamətində hərəkətdə olarkən ünvan 1 ünvanının bərabərliyində yolun sağ zolağından birbaşa geriyə dönmə manevri edərkən yolun sol zolağı ilə gələn nəqliyyat vasitəsini gözləməyərək nəticədə sol zolaqda hərəkət edən “Opel Vectra” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və X1 yüngül xəsarət vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməsi müəyyən edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin Qanunun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 42-ci maddəsinin Vİ hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq zərərçəkmiş şəxs X8 yüngül bədən xəsarəti yetirməsi və X7 maddi ziyan vurması öz təsdiqini tapdığından onun əməli İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar