Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-1008/2020 09.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin polis sahə rəisi, polis mayoru X9, zərərçəkmiş şəxslər X6 və X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin polis sahə rəisi, polis mayoru X15 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törətməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə qonşuluqda yaşayan X8 aralarında baş vermiş mnüaqişə zəminində döymüş, xx.xx.2020-ci il tarixdə isə Əliağa Məmmədova məxsus olan evin giriş qapısını bıçaqla deşərək ona maddi zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs X15 izahatında bildirdi ki, Şəxs ilə qonşusu X10 arasında mütəmadi olaraq müxtəlif səbəblərdən münaqişələr baş vermişdir. Bir çox hallarda onlar barışaraq mübahisələrini həll etmişlər. xx.xx.2020-ci il tarixdə X10 və X4 Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək qonşuluqda yaşayan Şəxs onları döydüyünü bildirmişlər. Həmin fakt üzrə aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan material Kəpəz RPİnin İTB-yə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə X3 Rayon Polis İdarəsinə müraciət edərək qonşusu Şəxs onun evinin giriş qapısını bıçaqla zədələyərək əmlakını qəsdən məhv etməklə ona 200 manat maddi ziyan vurduğunu bildirmişdir. Həmin fakt üzrə də araşdırma aparılmış və xx xxxxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Lakin əməldə Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan material Kəpəz RPİ-nin İTB-yə göndərilmişdir. Qeyd olunan inzibati xəta hadisələri barədə xx xxxxxx 2020-ci il tarixdə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xətaların Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxslərin izahatları və təqdim edilmiş materialla öz təsdiqini tapmışdır. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 ifadəsində bildirdi ki, Şəxs ilə bir neçə ildir ki, qonşudurlar. Əvvəllər də dəfələrlə Şəxs ilə aralarında mübahisələr olmuşdur. Şəxs guya onun torpaq sahəsini zəbt etdiyini iddia edərək onunla münaqişələr yaratmışdır. xx.xx.2020-ci il tarixdə həyətdə iş görərkən Elsevər öz həyətinə çıxmış və nalayiq ifadələrlə ona istirahət etdiyini səs salmamasını demişdir. Bu zaman o da öz həyətində iş gördüyünü, bunun Elsevərə aidiyyəti olmadığını dedikdə Elsevər nalayiq ifadələr işlədərək zorla onun həyətinə daxil olmuş, əlinə aldığı taxta parçası ilə onu vurmuşdur. Həyat yoldaşı X13 onu müdafiə etmək istəyərkən Elsevər Nahidəni də vurmuşdur. Bundan sonra o, 102 xidmətinə zəng edərək törədilmiş hadisə barədə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə Elsevər yenidən onların həyətinə daxil olmaq istəmiş, onlar isə giriş qapısını bağlayaraq buna mane olmuşlar. Elsevər əlinə aldığı bıçaqla qapıya dəfələrlə zərbə vuraraq qapını yararsız vəziyyətə salmış və ona 200 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 Əliağa Məsim oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Gəncə şəhəri Məhsəti qəsəbəsində fərdi evdə yaşayır. X17 dəfələrlə onun barəsində əsassız şikayətlər etmişdir. Buna görə də aralarında mütəmadi münaqişələr olur. xx.xx.2020-ci il tarixdə Əliağa Məmmədovla səs-küyə görə mübahisə yaranmışdır. Bu zaman Əliağa Məmmədov onun nalayiq ifadələrlə təhqir etdiyi üçün onu həyətinə daxil olmuş, bu zaman Əliağa Məmmədovla əlbəyaxa olmuşlar və Əliağa Məmmədovu vurmuşdur. X18 arvadı Nahidə Məmmədova onların arasına girmişdir. xx.xx.2020-ci il tarixdə yenidən aralarında mübahisə yaranmış, bu zaman Əliağa yenidən onun ünvanına nalayiq söyüşlər işlətdiyinə görə onun həyətinə getmiş, giriş qapısı bağlı olduğundan bir neçə dəfə təpiklə və əlinə aldığı armatur parçası ilə qapıya vurmuşdur. İş materiallarına əlavə edilmiş Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X5 xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, X10 və X7 müraciəti üzrə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan materialın Kəpəz RPİ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X11 xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, X6 ərizəsi üzrə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan materialın Kəpəz RPİ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya münasibətdə qeyd edir ki, həmin hissədə inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi X6 və X7 döyülməsi faktı üzrə cinayət işinin başlanmasının rədd edildiyi xx xxxxxx 2020-ci il tarixdən 3 aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Bununla yanaşı Şəxs özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxslərin ifadələri ilə E.X1 evinin qapısını qəsdən zədələməsi və bununla Ə.Məmmədova 200 manat məbləğində maddi ziyan vurması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi Şəxs hərəkətləri Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri ilə üst-üstə düşür. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün vurulmuş zərərin bir misli miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta haqqında iş üzrə icraata Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi hissəsində inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-1008/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-1008/2020
09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver