Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-101/2022 04.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Səlahiyyətli orqanın nümayəndəsi X1 və Şəxs QSC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə regional X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə regional X6 İdarəsindən Şəxs QSC-nin barəsində tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 izahatında bildirdi ki, Gəncə Regional X6 İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, 5-ci mikrorayonda yerləşən Şəxs QSC-də plan üzrə 18.01.2022-ci il tarixdə yoxlama aparılmış, həmin əməkdaşlar tərəfindən yanğın-texniki müayinə keçirilmişdir. Müayinə zamanı bir neçə qanun pozuntuları aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Yol verilmiş inzibati xəta hadisəsi protokollaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, hazırda Şəxs QSC tərəfindən yol verilmiş pozuntular aradan qalxdığından Şəxs QSC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Məhkəmə iclasında iştirak edən Şəxs QSC-nin nümayəndəsi X5 izahatında bildirdi ki Gəncə şəhəri, 5-ci mikrorayonda yerləşən Şəxs QSC-də 18.01.2022-ci il tarixdə yanğıntexniki müayinə aparılmışdır. Müayinə zamanı aşkar olunan nöqsanlarla bağlı müvafiq sənədləri təqdim edə bilməmişlər. Hazırda isə həmin sənədləri məhkəməyə təqdim edirlər. Odur ki, hüquqi şəxsin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə Regional X6 Xidmətinin 07.01.2022-ci il tarixli, 0130 nömrəli qərarından görünür ki, illik plana əsasən Şəxs QSC-də plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 0130 nömrəli, 18.01.2022-ci il tarixli yanğıntexniki müayinə aktından görünür ki, Şəxs QSC-yə məxsus Gəncə şəhəri, 5-ci mikrorayonda yerləşən Şəxs QSC–də aparılan yanğın-texniki müayinəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının 4.4, 5.2, 6.2 və 9.1-ci bəndlərinin pozulması aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Gəncə şəhəri, 5-ci mikrorayonda yerləşən Şəxs QSC-də aşkar edilmiş yanğın təhlükəsizliyi əleyhinə qaydaların pozulması halları aradan qaldırılmış, məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi də izahatında hüquqi şəxs tərəfindən həmin pozuntuların həqiqətən aradan qaldırıldığını təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs QSC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən pozuntuların hazırda mövcud olmaması müəyyən olunduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-101/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-101/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver