Məhkəmə qərarları › İş №3(043)-1011/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-1011/2020

16.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-1011/2020 16.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Daşkəsən rayonu, Zinzahal kəndində qeydiyyatda olan və Samux rayonu, Bağbanlar qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 211.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixdə MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün aidiyyatı üzrə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixdə MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:40 radələrində Gəncə şəhəri Asan Xidmət mərkəzinin qarşısında heç bir icazəsi olmadığı aşkar edilmiş və Kəpəz RPİ-nə dəvət edilərkən polis əməkdaşına tabesizlik göstərərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTBin polis sahə rəisi, polis leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs izahatında bildirdi ki, Samux rayonu, Bağbanlar qəsəbəsində yaşayır. Evlidir. Fərdi əməklə-taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Asan Xidmət mərkəzinə karantin rejimi ilə əlaqədar icazə sənədi almaq üçün getmiş, həmin vaxt SMS icazəsi olmamışdır. Asan Xidmət mərkəzinin qarşısında dayanaraq qoruyucu maskanı kənəsinə keçirərək siqaret çəkən zaman polis əməkdaşı ona yaxınlaşıb küçəyə çıxması üçün SMS icazəsi olub-olmamasını soruşmuş və xüsusi ayrılmış yerdə siqaret çəkməsini ona bildirmişdir. Polis əməkdaşı portala baxan zaman icazəsi olmadığını bilmiş və onu polis idarəsinə dəvət etmişdir. Bu zaman o polis əməkdaşının söylədiklərinə əhəmiyyət verməyərək polis idarəsinə getmək istəmədiyini bildirmiş və ondan şikayət edəcəyini söyləmişdir. Bundan sonra polis əməkdaşı əlavə kömək çağırmış və onu polis idarəsinə aparmışlar. Həmin vaxt o heç bir ictimai qaydanı pozmamış, qeyri-etik və ya nalayiq ifadə işlətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, və 535.1-ci maddələri ilə özünü təqsirli bilir və əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. O, məhkəmə tərəfindən qərar qəbul edilərkən ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alınaraq həbslə bağlı olmayan tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin PPXT-nın polis nəfəri, polis kiçik serjantı Zamanov Röyal Sahib oğlu ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 11:40 radələrində Asan xidmət mərkəzinin qarşısında xidmətdə olmuşdur. Adı sonradan ona məlum olan Şəxs yaxınlaşıb özünü təqdim etdikdən sonra icazəsinin olub-olmamasına baxdıqda vətəndaş Şəxs icazəsinin olmadığı aşkar edilmişdir. Bunla birlikdə maskanı düzgün istifadə etməyərək çənəsində saxlamış və təyin edilmiş yerdə siqareti çəkməmişdir. Bu zaman onun barəsində inzibati protokol tərtib etmək üçün Kəpəz RPİ-nə dəvət olunmuşdur. Həmin zaman Şəxs ucadan ictimai qaydanı kobud sürətdə pozub onun qanuni tələbinə qəsdən tabe olmayaraq, nizam-intizamsız hərəkətlər etməyə başlamışdır. Bu zaman əsassız olaraq ona ucadan demişdir ki, düzgün işləmirsiz və korrupsiyanı bura tökəcəkdir. Şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş Xüsusi Karantin rejimi ilə əlaqədar olaraq icazəsinin olub-olmadığı yoxlanılan zaman icazəsiz olaraq yaşayış yerini tərk etməklə karantin rejim qaydalarını pozması və maskadan düzgün istifadə etməməsi müəyyən edilmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs ucadan danışsa da qeyri-etik və ya nalayiq ifadə işlətməmiş, cəmiyyətə qarşı hörmətsizlik edəcək hərəkətlərə yol verməmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Koronavirusla bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən 14 dekabr saat 00:00-dan etibarən xüsusi karantin rejiminin gücləndirilməsi, xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətin dayandırılması qərara alınmışdır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və şahidin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs karantin rejiminin qaydalarını və polisin iş rejimini pozması, polis əməkdaşları ictimai qaydanı mühafizə edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam şəkildə sübuta yetirilir, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, ya da iş materiallarında olan digər sənədlərdə Şəxs Gəncə şəhəri Asan xidmət mərkəzinin qarşısında nalayiq söyüşlər söyərək içtimai qaydanı pozmasını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə prosesi zamanı inzibati xəta törətmiş şəxsi saxlamış və onun barəsində raportla X5 müraciət etmiş Kəpəz RPİ-nin PPXT-nın polis nəfəri, polis kiçik serjantı Zamanov Röyal Sahib oğlu ifadəsində Şəxs söyüş söydüyünü, nalayiq ifadə işlətməsini və ictimai qaydanı pozan hər hansı bir hərəkət etiyini görmədiyini bildirmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 211.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, səmimi peşmançılığını nəzərə alaraq, hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 211.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyası çərçivəsində 300 (üç yüz) manat miqdarında cərimə edilsin. İnzibati xəta haqda iş üzrə icraata İXM 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi hissəsində xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar