Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-1012/2020 21.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Sevinc qəsəbəsi ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 2(043)-1287/2011 saylı icra sənədinə əsasən Şəxs hər ay hər uşağa görə 50 manat, ümumilikdə 100 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Tələbkar xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən uşaqların nənəsi X1 öhdəliyində qalması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzürsüz səbəbdən yayınmışdır. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Borclu Şəxs bugünədək 3400 manat borcu qalmışdır. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu 2018-ci ilin fevral ayından sonrakı müddətdə heç bir ödəniş etməmişdir. Onun tələbkara 3400 manat borcu qalmışdır. Bu məbləğ uşaqlardan birinin 2019-cu ilin aprel ayında yetkinlik yaşına çatması nəzərə alınmaqla hesablanmışdır. Tələbkar vəfat etdiyindən onun anası tələbkarın hüquqi varisi kimi icra prosesinə cəlb edilmişdir. Borclu iki ildən artıq müddətdir ki, aliment borcundan heç bir ödəniş etmədiyindən onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaradır. Bu səbəbdən borclu barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəməmə səbəbi maddi imkanının və səhhətinin yaxşı olmamasıdır. Hal-hazırda işsizdir. Bu səbəbdən aliment borcunu ödəmək imkanı yoxdur. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, borclu Şəxs sonuncu dəfə 2018-ci ilin fevral ayında aliment borcunu ödəmiş, həmin vaxtdan sonrakı müddətdə heç bir ödəniş etməmişdir. Borclu aliment borcunu ödəməkdən bilərək yayınır. Odur ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(043)-1287/2011 saylı icra vərəqəsindən görünür ki, Şəxs xx xxxxx 2001-ci ildə doğulmuş X6 və xx xxxxxx 2004-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx xxxxxx 2011-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1287/2011 nömrəli, xx.xx.2011ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-1287/2011 saylı icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(043)-3359/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X4 nənələri X1 öhdəsində olması faktı müəyyən edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə ölmüş və onun uşaqları xx.xx.2001-ci il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X4 nənələri X1 himayəsində yaşayırlar. İş materiallarına əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Gəncə şəhər üzrə İcra idarəsinin icra məmuru Şakir Şabanov tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli 1679/11 saylı “Hüquqi varisin müəyyən olunmasına dair” qərardan görünür ki, tələbkar Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən onun vərəsəsi (hüquqi varisi) kimi X2 tanınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edir. Vərəsə və hüquqi varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquqi varis üçün də eyni dərəcədə məcburidir. İş materiallarında olan və borlu Şəxs təqdim edilmiş xəbərdarlıq məktublarından görünür ki, ona Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(043)-1287/2011 saylı icra sənədi üzrə borcu ödənilməsindən yayınması, bununla da icra sənədinin icrasının təmin olunmaması bildirilmiş və icra sənədinin icrasını təmin etmədiyi halda Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan Kəpəz rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, vətəndaş Şəxs barəsində xx.xx.2018-ci il tarixdə 520950 saylı axtarış işi açılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1287/2011 saylı xx xxxx 2011-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, 2018-ci ilin fevral ayından etibarən aliment borcundan heç bir ödəniş etməmiş, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş aliment borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-1012/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-1012/2020
21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver