Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-1018/2020 30.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 26 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Gəncə Şəhər Prokurorluğundan daxil olmus inzibati materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə Şəhər Prokurorluğunda xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərar qəbul olunmuşdur ona görə ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində Şəxs idarə etdiyi VAZ 2106 markalı **-BV-*** qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobildən iki ədəd qırmızı və bir ədəd gümüşü rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,086 qram, 0,012 qram, 0,026 qram, ümumi təmiz çəkisi 0,124 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, gündəlik olaraq şəhər ərazisində özünə məxsus VAZ 2106 markalı, **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərərək qazanc əldə edir. Təxminən 10-15 gün əvvəl Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən parkda olarkən kolluqda şəffaf sellofana bükülmüş bükülü görmüşdür. Həmin bükülü diqqətini cəlb etdiyi üçün dərhal yerdən götürərək içərisinə baxmış və bu zaman həmin sellofanın içərisində 2 ədəd qırmızı rəngli və 1 ədəd gümüşü rəngli kağız bükümlər olduğunu müyyən etmişdir. Həmin kağız bükümlərin içərisinə baxdıqda isə onların içərisində açıq-qəhvəyi rəngli toz şəklində kakos kimi tanıdığı heroin olduğunu müəyyən etmişdir. O, dərhal xəlvətcə həmin bükümləri cibinə qoymuşdur ki, gələcəkdə lazım olarsa istifadə etsin. Daha sonra isə həmin bükümlər heç kəsin əlinə keçməsin deyə avtomobilin günlüyünə qoymuş və bu barədə heç kəsə bir söz deməmişdir. Hazırda hərəkətindən peşiman olmaqla 2-ci qrup əlil olmasını nəzərə alaraq ona yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İşə əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis idarəsinin təhqiqat bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının sürətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün qərarın surəti tədbir görülməsi üçün Gəncə Şəhər Prokrorluğuna göndərilmişdir. İşə əlavə olunmuş 200524 nömrəli vəsiqənin surətindən və elektron məlumat bazasından çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlildir. Şəxs törətdiyi xəta İXM-in 206-cı maddəsinə uyğun olduğundan baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını araşdırıb, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini digər xüsusiyyətlərini, Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alıb inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 0,094 qram heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 0,094 qram heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-1018/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-1018/2020
30.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver