Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-103/2021 09.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, barəsindən inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 iştirakı ilə, X4 Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və həmin protokola əsasən xx.xx.2020-ci il tarixli MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərar əsassız olduğu üçün ləğv edib, iş üzrə inzibati icraata xitam verilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə guya karantin qaydasını pozduğuna görə barəsində xx.xx.2020-ci il tarixli, MN № ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən xx.xx.2020-ci il tarixli MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarla barəsində 200 manat cərimə cəzası tətbiq edilmişdir. O barəsində tərtib edilmiş protokolla və cərimə cəzası tətbiq edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Ona görə ki, o heç bir inzibati xəta törətməmişdir. Belə ki, onun qeydiyyatı doğulduğu Goranboy (keçmiş Qasım İsmayılov) rayonunun Gülməmmədli kəndində olsa da, artıq uzun illərdir ki, daimi yaşayış yeri Gəncə şəhəri olmuşdur. O Gəncə şəhər 7 saylı orta məktəbdə oxumuşdur. 2 saylı X20 bitirmişdir. Hərbi xidmətə Kəpəz rayon Hərbi Komissarlığından yollanmışdır. Onun ailəsi Gəncə şəhərində yaşayır, özü Gəncə şəhərində işləyir. Sadəcə olaraq Gəncə şəhərində onun xüsusi mülkiyyətində yaşayış evi olmadığına görə onun yaşayış yeri üzrə qeydiyyata dura bilmir. Amma bu o demək deyildir ki, o karantin qaydasını pozub heç bir icazə olmadan yaşayış yerini tərk etmişdir. Onun SMS icazəsi olmuşdur, həmin icazəni təsdiq edən 8103 saylı çıxarışı ərizəsinə əlavə etmişdir. Onu da bildirir ki, onu saxlayan Kəpəz rayon Pİ-nin əməkdaşları ona imkan verməmişlər ki, o telefonunda SMS icazəsini göstərsin, eləcə də yaşayış yeri barədə arayışı təqdim etsin. Onu Kəpəz rayon Polis İdarəsinə gətirib haqqında protokol tərtib etdikdən sonra telefonundakı SMS icazəni yoxladılar və bildirmişlər ki, olsun, sən başqa qaydanı da pozubsan. O onlarla razılaşmadığı üçün heç bir protokola imza etməmişdir. Şikayətinə əlavə etdiyi Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 670 saylı arayışdan da məlum olur ki, o Gəncə şəhəri, Şərq küçəsi, 27 saylı evdə qeydiyyatsız yaşayır. Ona görə də hesab edir ki, o heç bir inzibati xəta törətməmiş və bu səbəbdən də ona tətbiq edilmiş cərimə cəzası silinməlidir. Onu da bildirmişdir ki, o ailənin yeganə qazanc gətirənidir, daimi iş yeri yoxdur, fərdi qaydada işləyərək çörək pulunu çıxarır. Belə bir ağır iqtisadi vəziyyətdə o nəyə görə heç bir inzibati xəta törətmədiyi halda 200 manat cərimə ödəməlidir. Həm də ki, 200 manat pul onun ailəsinin bəlkə də bir aylıq dolanışığıdır. Bir məsələni də nəzərə çatdırmaq istəmişdir ki, o barəsində tərtib edilmiş protokolu və qərarı əldə edə bilmədiyinə görə məcbur olub 102 xidmətinə müraciət etmiş və bundan sonra həmin sənədləri alıb şikayət vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X10 şikayət ərizəsində göstərilənlərə eyni məzmunlu izahat verərək, Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri Kəpəz rayonu ərazində “Züqo” şadlıq sarayının qarşısında dostları X14 və X8 ilə birlikdə piyada yolla gedərkən hər üçünün SMS icazəsi olmuş, onlara polis əməkdaşları yaxınlaşaraq sənədlərini və icazələrinin olmasını yoxlamış, polis əməkdaşı onun SMS icazəsinin olmasına əhəmiyyət verməyərək onun Goranboy rayonunda qeydiyyatda olmasını və qeydiyyat yerinin tərk edərək Gəncə şəhərinə gəlməsini əsas göstərək onu Kəpəz Rayon Polis İdarəsinə aparmış, onun daimi olaraq Gəncə şəhərində yaşamasına əhəmiyyət verməmiş və bununla bağlı tərəfindən sübutların təqdim edilməsinə şərait yaratmamış, barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X8 ifadə verərək bildirdir ki, X5 uzun müddətdir ki tanıyır. Onunla Gəncə şəhər 7 nömrəli məktəbdə bir yerdə oxumuşdur. Təxminən xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri Kəpəz rayonu ərazində dostları X14 və X10 ilə birlikdə piyada yolla gedərkən “Züqo” şadlıq sarayının qarşısında polis əməkdaşları onlara yaxınlaşaraq SMS icazələrinin olub-olmasını soruşmuşlar. Onlar özlərinə məxsus SMS icazələrini polis əməkdaşlarına təqdim etmişlər. Lakin polis əməkdaşı Rafiq İsmayılovu yoxlayan zaman onun SMS icazəsinin keçərsiz olduğunu və Goranboy qeydiyyatı olduğunu bildirmişdir. Rafiq İsmayılov ona Gəncə şəhərində qeydiyyatda olmamasına baxmayaraq, uzun illər Gəncə şəhəri Şərq küçəsində yaşadığını və buna dair arayışının olduğunu bildirsə də, polis əməkdaşları onu KPİ-nə dəvət edərək ona cərimə yazmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində X3 göstərdiklərini təsdiq etmişdir. İnzibati xəta haqqında protokolu və qərarı tərtib edən orqan işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin İTB-nin sahə rəisi Azər Əsədov tərəfindən xx.xx.2020-ci il tarixində tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, X10 heç bir icazəsi olmadan yaşadığı yeri tərk edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmiş. İnzibati xətanın törədilmə yeri və vaxtı protokolda göstərilməmişdir. Materiallara əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini S.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 (yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş 2 nömrəli sahə inzibati ərazi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 209 nömrəli arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə X4 yaşadığı ünvana baxış keçirilmiş və hazırlanmış akta əsasən, ünvan 1-6, sahə 27 ünvanında 5 ildən artıqdır ki, qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli, AO № ******* saylı hərbi biletin surətindən görünür ki, X6 Azərbaycan Respublikası Gəncə şəhər Hərbi Komissarlığı tərəfindən hərbi bilet verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixli, BN 522865 nömrəli “əsas təhsil haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-cı ildə anadan olmuş X2 şəhər 7 saylı orta məktəbi bitirdiyi üçün əsas təhsil haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli, № 6957 qeydiyyat nömrəli diplomun surətindən görünür ki, X10 01.09.200-ci ildə Gəncə şəhəri 2 saylı Peşə Liseyinə daxil olmuş və xx.xx.2005-ci ildə orta təhsil olmaqla 2 saylı Peşə Liseyinin “Mexaniki yığma işləri üzrə nəzarətçi çilingər” peşəsi üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, X4 Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin X9 İşlər Nazirliyi ilə birgə ərsəyə gətirdiyi “X12 X13 Alınması və Monitorinqi Sistemi” nin 8103 icazə mərkəzinə göndərdiyi “x xxx 09020223” sorğusu təsdiqlənərək xx.xx.2020-ci il tarixdə saat 18:41-dən etibarən 3 saat müddətinə yaşayış yerini tərk edə bilməsi üçün icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 xx.xx.2020-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən yoxlanılarkən, onun Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin X9 İşlər Nazirliyi ilə birgə ərsəyə gətirdiyi “X12 X13 Alınması və Monitorinqi Sistemi” nin 8103 icazə mərkəzindən icazəsinin olması və ünvan 1-6, sahə 27 ünvanında daimi yaşaması nəzərə alınmamış və əsassız olaraq Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini S.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, inzibati xətanın törədilmə yeri və vaxtı protokolda göstərilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən və araşdırma aparılmadan əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmiş, inzibati xətanın törədilmə yeri və vaxtı protokolda göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli və onun barəsində olan Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini S.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilsin. Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini S.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-103/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-103/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver