Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-103/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 15 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan qəsəbəsi, ev 28 ünvanında qeydiyyatda olan "xxxx" (Vöen: **********) MMC-nin ünvanına Ukrayna Respublikasından 1 (bir) dartıcı ilə 12 (on iki) vaqonda Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postundan keçməklə gələn 652900 (altı yüz əlli iki min doqquz yüz) kq "xxxx" yükü **********5714 saylı 25.01.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Qeyd olunan yükə baxış keçirilməsi üçün gömrük əməkdaşları "Alabaşlı" dəmiryol stansiyasına getmiş və baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvanına gələn 12 (on iki) vaqondan 3-nün yəni 95708830, 95011912 və 95656153 nömrəli vaqonlardakı plomb gömrük əməkdaşının iştirakı olmadan özbaşına qoparılmış və yük nəqliyyat vasitəsinə yüklənərək MMC-nin anbarına aparılmışdır. Bundan sonra 95708830, 95011912 və 95656153 nömrəli vaqonlardakı "xxxx" yükünü eyniləşdirmək üçün MMC-nin anbarına gedilmiş və baxış keçirilmişdir. Bu zaman müəyyən edilmişdir ki, hər 3 (üç) vaqonun yükü toxunulmadan və istifadə edilmədən anbarda saxlanılır. Bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük idarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsi ilə 31.01.2022-ci il tarixdə, 11000-0188/22 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində "xxxx" MMC-nin direktoru X3 öz izahatında, MMC tərəfindən idxal olunan 12 vaqonda "xxxx" yükünün 3 (üç) yəni 95708830, 95011912 və 95656153 nömrəli vaqonlardakı vaqonunun plombunu gömrük əməkdaşının iştirakı olmadan özbaşına qırıb boşaldıb anbara aparılmasının səbəbini rəsmiləşdirmə prosesində iştirak edən nümayəndələrinin məlumatsız olmasi ilə bağlı olduğunu bildirmiş və bununla da gömrük qaydalarının pozduğunu etiraf edərək, MMC adından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa və tətbiq olunacaq cəriməni ödəməyə hazır olduqlarını qeyd etmişdir. Beləliklə Aaerbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan qəsəbəsi, ev 28 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq gömrük orqanının iştirakı olmadan 3 vaqonun plombunu qıraraq yükü özbaşına boşaldıb anbarına aparmışdır. Bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X4 protokolun məzmununa uyğun çıxış edərək, barəsində icraat aparılan hüquqi şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsin çıxışını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-in 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən "xxxx" MMC həmin maddələr ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına X2 95015269, 95708830, 95039152, 95656153, 95011912, 95402988, 95011938, 95023412, 95051751, 95803664, 95040747 və 95480232 nömrəli vaqonlardakı ölkə ərazisinə daxil olmuş yük Qərb Ərazi Baş Gömrük İdarəsinə bəyan edilmişdir. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması və yükə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Ukrayna Respublikası Gravicap X FZE tapşırığı ilə bir dartıcı lokomotivlə 95015269, 95708830, 95039152, 95656153, 95011912, 95402988, 95011938, 95023412, 95051751, 95803664, 95040747, 95480232 nömrəli vaqonlarda gələn Soya yağının ekstraksiyası nəticəsində alınan cecelər, qranulalaşdırılmamış Soya Şrotu yükü 24.01.2022-ci il tarixdə Böyük kəsik gömrük postundan keçməklə təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsinə rəsmiləşdirməsi üçün göndərilmişdir. **********5714 sorğu nömrəli GB-də bəyan edilən Soya yağının ekstraksiyası nəticəsində alman cecelər, qranulalaşdırılmamış Soya Şrotu (652900 kq) yükünə baxış keçirilməsi üçün Samux ray., Alabaşlı d/y stansiyasına gedilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 95708830, 95011912 və 95656153 nömrəli vaqonların yük inspektorunun iştirakı olmadan Şəxs MMC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi tərəfindən plombları qırılıb və vaqonlardakı yük boşaldılaraq Şəxs MMC-nin Gəncə şəhəri, “X8” zavodunun anbarına aparılmışdır. Bundan sonra qeyd olunan yəni plombu qırılan 3 vaqon və digər plombları yerində olan 9 vaqonun yükü bəyannamə və mal müşayiət edici sənədləri ilə eyniləşdirilən zaman heç bir problem olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli yükə baxış keçirilməsi haqqında aktdan görünür ki, **********5714 sorğu nömrəli GB-də bəyan edilən Soya yağının ekstraksiyası nəticəsində alınan cecelər, qranulalaşdırılmamış Soya Şrotu (652900 kq) yükünə baxış keçirilməsi üçün Samux ray., Alabaşlı d/y stansiyasına gedilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 95708830, 95011912 və 95656153 nömrəli vaqonların yük inspektorunun iştirakı olmadan Şəxs MMC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi tərəfindən plombları qırılıb və vaqonlardakı yük boşaldılaraq Şəxs MMC-nin Gəncə şəhəri, “X8” zavodunun anbarına aparılmışdır. Bundan sonra qeyd olunan yəni plombu qırılan 95708830, 95011912 və 95656153 nömrəli vaqonlara məxsus olan Soya yağının ekstraksiyası nəticəsində alınan cecelər, qranulalaşdırılmamış Soya Şrotu yükünə baxış etmək üçün Gəncə şəhəri, “X8” zavodunun anbarına gedilmişdir. Baxış zamanı həmin yükün Gəncə şəhəri, “X8” zavodunda toxunulmaz şəkildə, istifadə olunmamış və anbarında olduğu müəyyən edilmişdir. İş materiallarında olan 15.02.2022-ci il tarixli "Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X3 nümayəndənin məlumatsızlığından vaqonlardakı plombun özbaşına sındırılaraq yükün boşaldıldığını və gömrük qaydalarını pozduqlarını etiraf etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin olduğu və ya ola biləcəyi nəqliyyat vasitələri, binalar və digər yerlər, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi yerlər, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələri gömrük orqanları tərəfindən eyniləşdirilə bilər. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən eyniləşdirmə, plombların qoyulması, rəqəmlə, hərflə nişanlama, markalama, eyniləşdirmə işarələri, möhürlərin və ştampların vurulması, prob və nümunələrin götürülməsi, malların və nəqliyyat vasitələrinin təsviri, çertyojların çəkilməsi, miqyaslı təsvirlərin, fotoşəkillərin, illüstrasiyaların hazırlanması, malların müşayiətedici və başqa sənədlərindən və digər eyniləşdirmə vasitələrindən istifadə yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması əticəsində hüquqi şəxsin işçisi tərəfindən "xxxx" MMC-nin ünvanına gələn 12 (on iki) vaqondan üçünün yəni 95708830, 95011912 və 95656153 nömrəli vaqonlardakı plombun gömrük əməkdaşının iştirakı olmadan özbaşına qoparılaraq açıldığı və malların gömrük orqanının icazəsi olmadan vaqonlardan boşaldılıb yük nəqliyyat vasitəsinə yüklənərək MMC-nin anbarına aparıldığı müəyyən edilmişdir. Bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hazırkı inzibati xətalar hüquqi şəxs tərəfindən törədildiyi üçün İXM-in 18.5-ci maddəsinə əsasən həmin inzibati xətalara dair işlərə baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də "xxxx" MMC İXM-in 491.3-cü və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs (VÖEN **********, hüquqi ünvan ünvan 1 İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin sanksiyası həddində 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-103/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-103/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver