Məhkəmə qərarları › İş №3(043)-105/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-105/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-105/2022 02.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 22 fevral 2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-444/2019 saylı, 06 fevral 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 13325 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq 18.03.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, aparılmış icra tədbirləri nəticəsində borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Elektron İcraat portalından edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbi yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Bundan sonra borclu idarəyə çağırılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu tələbi tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında icra məmuru Ü.Quliyev protokolun məzmununa uyğun izahat verərək Şəxs əmək haqqından hər ay 100 manat məbləğində pulun icra sənədinin icrası üçün tutulduğunu, lakin qətnamənin hissə-hissə icra edilməsi barədə məhkəmə qərarının olmadığını, tələbkarın isə pulun bir dəfəyə ödənilməsini tələb etdiyini, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun bir dəfəyə ödənilməsi üçün heç bir tədbir görmədiyini bildirmiş, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun icra sənədini bir dəfəyə və ya bir neçə hissəyə bölməklə ödəmək imkanı yoxdur. Azərbaycan Texnologiya Universitetində mühafizəçi işləyir və hazırda icra sənədi üzrə tutma onun əməkhaqqına yönəldilmişdir. Başqa qazancı və gəliri olmadığından icra sənədinin icrası üçün hər hansı tədbir görə bilmir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, borclu ondan pulu bir dəfəyə almışdır. Özü heç yerdə işləmir, xəstədir və müalicəyə ehtiyacı var. Borclu 2019-cu ildən bəri onun pulunu ödəməkdən yayınır. Borclunun icra sənədini icra etmək üçün əmlakı da var, amma öz adına olmadığı üçün ona tutma yönəldilə bilmir. Borclu istəsə onun borcunu bir dəfəyə ödəyə bilər. Lakin borclu özü ona dəfələrlə borcunu ödəməyəcəyini, pulun əməkhaqqından hissə-hissə tutulacağını, pulunu on ilə alacağını və onu süründürəcəyini bildirmişdir. Borclunun həqiqətən borcu ödəmək fikri olsa idi, icra sənədinin verildiyi vaxtdan keçən 3 il ərzində borcunu ödəyərdi. Hazırda borclunun icra sənədi üzrə borcu 9 000 manatdan artıqdır. Həmin borcun hər ay 100 manat olmaqla tutulması borcun 7 ildən artıq müddətə ödəniləcəyini göstərir. Bu isə onun hüquqlarını kobud şəkildə pozur. Buna görə də borclu Şəxs məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 444/2019 nömrəli, 06.02.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, 06.02.2019-cu il tarixdən başlayaraq Şəxs 13300 manat pul və 25 manat məbləğində dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 18.03.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(043)-444/2019 nömrəli, 06.02.2019-cu il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materialında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və onun əsasında verilmiş cavabdan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 444/2019 nömrəli, 06.02.2019-cu il tarixli icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Şəxs 2019-cu ilin mart ayında verilmiş icra sənədini üç ilə yaxın müddətdə icra etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Şəxs hərəkəti Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın pul öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 02 mart 2022-ci il saat 16:05-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar