Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-106/2021 02.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, şikayətçi X2 və qərarından şikayət verilmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X1 iştirakları ilə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərardan narazı qalan X4 şikayət verərək qərarın qanunsuz və əsassız olduğunu göstərərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 göstərdi ki, xx.xx.2020-ci il tarixdə şəxsi avtomobilinin servis xidmətinə ehtiyacı olduğu üçün yaşadığı Samux rayonundan Gəncə şəhərinə gəlmişdir. Stasionar nəzarət postuna yaxınlaşarkən polis əməkdaşları onu saxlayaraq yaşadığı yerə qayıtmasını tələb etmişlər. Həmin vaxt avtomobilini postdan 50- 60 metr aralı məsafədə saxlayıb yenidən posta yaxınlaşıb məsləhət almaq istədikdə polis əməkdaşı ona kobud şəkildə karantin qaydasını pozduğunu bildirərək onun xahişinə məhəl qoymadan barəsində inzibati protokol tərtib etmişdir. O, həmin vaxt polisə hər hansı bir itaətsizlik etməmişdir. Karantin qaydalarını pozmadığını göstərərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsnin yol patrul xidməti inspektoru polis serjantı X3 şikayətə qarşı etiraz edərək göstərdi ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə Gəncə şəhəri üzrə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Samux rayonundan gələn istiqamətdə Gəncə şəhərinin ərasisində stasionar post quraşdırılmışdır. Başqa rayon və şərlərdən gələn insanların Gəncə əşərinə xüsusi icazə olmadan girişi qadağan edilmişdir. X2 yaşadığı və qeydiyyatda olduğu yer Samux rayonu olduğu üçün ona Gəncə şəhərinə girişinin qadağan olduğunu izah edərək yaşadığı yerə qayıtmasını tələb etmişdir. Lakin F.Məmmədov onun göstərişinə məhəl qoymadan avtomobilini postdan kənarda saxlayaraq yenə də qayıdıb avtomobilini təmir etirmək üçün Gəncə şəhərinə getmək istədiyini təkid etdiyi və karantin qaydasını pozduğu üçün barəsində protokol tərtib edilib qərar qəbul olunaraq qanuna müvafiq qaydada 200 manat cərimə olunmuşdur. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 200 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə şikayətçi X2 və qərarından şikayət verilmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayətçi X2 şikayəti əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 48-ci madəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün və qərar qəbul etmiş şəxsin ifadələri ilə tam sübuta yetirilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimini pozaraq yaşadığı Samux rayonundan Gəncə şəhərinə gələrkən Gəncə şəhərinin ərasisində quraşdırılan stasionar postda ona karantin rejimini pozduğu izah edilərək yaşadığı yerə qayıtması tələb olunmuş, lakin edilmiş xəbərdarlığa baxmayaraq, F.Məmmədov Gəncə şəhərinə gəlməkdə israrlı olmuşdur. Məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli və Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin edilməsin. Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-106/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-106/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver