Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-109/2021 25.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, X2 onun barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayətə baxılmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: X1 şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olumuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İXM-in 130.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamış, yalnız inzibati protokol üzrə çıxarılmış qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalı və X3, barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul olunmuş qərardan narazı qaldığı halda şikayət vermək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 109 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldi: X2, barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayəti geri qaytarılsın. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-109/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-109/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver