Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-109/2022 23.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Kəlbəcər rayonu, Güneypəyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Kəlbəcər rayonu, Sarıdaş ərazi dairəsi, Güneypəyə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(043)-1719/2021 nömrəli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs qıznın Gəncə şəhəri, Yeni qəsəbə, 22 saylı binanın 49 nömrəli mənzilinə köçürülməsi və onun həmin mənzilin yardımçı sahələrindən istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneçiliyin qadağan edilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında göstərdi ki, borclu Şəxs barəsində olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1719/2021 saylı, 27.05.2021-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs qıznın Gəncə şəhəri, Yeni qəsəbə, 22 saylı binanın 49 nömrəli mənzilinə köçürülməsi və onun həmin mənzilin yardımçı sahələrindən istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneçiliyin qadağan edilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş və izahatı alınmışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Tələbkar Zərərçəkmiş şəxs icra sənədi üzrə göstərilən mənzilə köçürülməsinə etiraz edərək, tələbkarı mənzilə buraxılmayacağını və gələcəkdə cinayət hadisəsinin baş verəcəyini bildirir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu qanunla müəyyən edilmiş müddətdə məhkəmə qərarını icra etməkdən açıq-aşkar boyun qaçırmada təqsirlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, tələbkarın mənzilə köçürülməsinə qəti olaraq razı deyil və onun mənzilə köçürülməsinə heç bir halda şərait yaratmayacaq. Mənzil balacadır və onların birlikdə yaşaması mümkün deyil. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu onun mənzilə köçürülməsinə şərait yaratmır. Qərəzli olaraq icra vərəqəsini icra etmir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(043)-1719/2021 saylı, icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs qıznın Gəncə şəhəri, Yeni qəsəbə, 22 saylı binanın 49 nömrəli mənzilinə köçürülməsi və onun həmin mənzilin yardımçı sahələrindən istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneçiliyin qadağan edilməsi qət edilmişdir. 23.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. 27.01.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(043)-1719/2021 saylı icra vərəqəsi icraata götürülmüşdür. 27.01.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icra sənədini icra etməsi barədə xəbərdarlıq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 23.02.2022-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-109/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-109/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver