Məhkəmə qərarları › İş №3(043)-113/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-113/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-113/2021 25.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, X1 onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdi: X4 şikayət ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, onun barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilərək, inzibati xətaya dair tənbehə xitam verilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Sərçə bazarı adlanan ərazidən keçərək şüşə almağa gedərkən polis əməkdaşları onu saxladılar. Heç bir səbəb göstərmədən qanunsuz olaraq onun barəsində inzibati tənbeh tətbiq etmə haqqında protokol tərtib etdilər. Protokolda isə onun hansı maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə heç bir normaya istinad etmədilər. Tərtib edilmiş protokolda protokolu tərtib edən şəxs, onun vəzifəsi, hansı maddə ilə məsuliyyətə cəlb edilməsi barədə, hansı əsasa görə məsuliyyətə cəlb edilməsi göstərilməmişdir. X3 Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətin məzmunundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, X5 barəsində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərara (həmin qərarın nömrəsi və tarixi məlum deyil) əsasən o, inzibati qaydada tənbeh edilmişdir. X4 isə inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan şikayət vermiş, şikayətdə həmin protokolu mübahisələndirərək protokolun ləğv edilməsini xahiş etmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Digər tərəfdən, şikayətin məzmununda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında qərarın verilməsindən imtina edildiyi qeyd edilsə də, X1 həmin qərarı əldə etmək üçün Kəpəz rayon Polis İdarəsinə rəsmi müraciət etməsini (yazılı müraciət) təsdiq edən heç bir sənəd şikayətə əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən inzibati xəta haqqında işlər üzrə yalnız qərar və ya qərardadlardan şikayət verilə bilər və şikayət verilərkən mübahisələndirilən qərar və qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlar mütləq şəkildə şikayətə əlavə olunmalıdır. Bu baxımdan məhkəmə, X2 izah edir ki, o, barəsində tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarı Kəpəz rayon Polis İdarəsinə müraciət edərək, rəsmi qaydada əldə etməli, qərarı əldə etdiyi vaxtdan qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində (İXM-nin 130.1-ci maddəsi) qərarın surətini şikayətə əlavə etməklə həmin qərardan məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar