Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-114/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan X1 iştirakı ilə, xx.xx.1978-cı il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 mənzil 17 ünvanında yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ayxan Mənsurlu tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(043)-2843/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs 17273 (on yeddi min iki yüz yetmiş üç) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya könüllü icra barədə bildiriş və inzibati mənsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq göndərilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və icra sənədi üzrə olan borcun ödənilməsi tələb edilmişdir. Lakin, borclu icra sənədi üzrə borcunu ödəməkdən yayındığı üçün Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ayxan Mənsurlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 3(043)-539/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən (hakim C.Tağıyev) Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. Qərardan narazı qalan Şəxs şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 3(104)-308/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən (hakim T.Muxtarov) şikayət qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İnzibati xəta haqqında material məhkəməyə daxil olduqdan sonra məhkəmə baxışı iclası təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X2 izahatında bildirdi ki, tələbkara borclu olduğu pulu maddi imkanı olmadığından ödəyə bilməmiş, borcunu ödəməkdən qəsdən yayınmamışdır. Hazırda tələbkarla aralarında razılaşma əldə edərək, yaranmış borcunu hər ay 150 manat olmaqla hissə-hissə ödəyir. Bundan sonra da ödəməyə davam edəcəkdir. Odur ki, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Protokol tərtib etmiş şəxsə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verərək hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(043)-2843/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs 17273 (on yeddi min iki yüz yetmiş üç) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(043)-2843/2019 nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib edildiyindən, Şəxs həmin tarixədək icra sənədinin icrası ilə bağlı hərəkət və ya hərəkətsizliyi hazırki inzibati xəta haqqında materialın araşdırma predmetini təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs inzibati xəta haqqında protokolun tərtib edildiyi xx xxxxxx 2020-ci il tarixədək olan müddətdə məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmiş, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Həmin tarixədək olan müddətdə onun tərəfindən İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə qeyd edir ki, inzibati xətanın törədildiyi gündən hazırki vaxtadək 6 aya yaxın müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X1 inzibati xəta haqqında protokolun tərtib edilməsinədək olan müddət ərzində törətdiyi inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət başa çatdığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: X2 barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-114/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-114/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver