Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-115/2020 31.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi Əsgərova Humay Ruslan qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Kəpəz RPİ-nin polis sahə rəisi x2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş x6 iştirakları ilə, xx.xx.1984-cu il tarixdə Gəncə şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, subay, Gəncə şəhəri 30 nömrəli məktəbdə dərnək rəhbəri işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Gəncə şəhəri Kəpəz RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində x25 RPİ-nin polis sahə rəisi x7 tərəfindən 31.01.2020-ci il tarixdə inzibati xəta haqqında ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Kəpəz RPİ-nin polis sahə rəisi x7 bildirdi ki, Şəxs 17.10.2019-cu il tarixdə saat təxminən 19 radələrində ünvan 2 mənzil 14 saylı ünvanda keçmiş qaynanası x11 ilə arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Şəxs, keçmiş qaynanası x8 və azyaşlı oğlu x9 vurub döyərək onlara dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib fiziki ağrılar yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işi başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti ərazi üzrə Kəpəz RPİ-nə göndərilməişdir. Bu səbəbdən də tərəfindən 31.01.2020-ci il tarixdə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, x3 İlham Qəzənfər oğlu ilə 2001- ci ildə rəsmi olaraq ailə qurmuş, bu nikahdan 4 övladları vardır. Övladları hal hazırda əri İlham Alışovun himayəsindədir, uşaqla görüş hüququ alması barədə mülki işləri Azərbaycan Respublikası Ali məhkəməsində baxılır. Onun hal hazırda 4 yaşında azyaşlı əkiz uşaqları keçmiş əri İlham Alışovun yanındadır. 17.10.2019-cu il tarixdə saat 15:30 radələrində azyaşlı uşaqlarının olduğu Susanna Tağıyevanın yaşadığı evə getmişdir. O, uşaqları ilə görüş məqsədilə qapını döyərək keçmiş qaynanası olan Susanna Tağıyevaya qapını açmasını və uşaqları ilə görüşməyi xahiş etmişdir. Həmin vaxt Susanna Tağıyeva qapının arxasından nalayiq söyüşlər söyərək onu təhqir edib qapını açmayıb çıxıb getməyi demişdir. Bundan sonra Susanna qapının arxasından azyaşlı uşaqlarını öyrədib uşaqları ona söydürmüşdür. O, binanın qarşısında oturub azyaşlı uşaqlarını çağırıb uşaqları gözləmişdir. Həmin vaxt da Susanna və azyaşlı uşaqlarıda ona nalayiq söyüşlər söymüşlər. Onun həmin vaxt orada ağlamaq səslərinə ətrafda yaşayan şəxslərdə toplaşıb Susannadan xahiş etsələr də Susanna yenə də heç kimi eşitməmişdir. Həmin gün saat 20 radələrində bacısı Günay Əliyeva oraya gəlmiş, bacısı oraya gəldikdən sonra qapını döyərək açmağı və azyaşlı uşaqlarını ona göstərməyi xahiş etmişdir. Susanna yenə də qapını açmamışdır, bacısı Günay Əliyevanıda nalayiq söyüşlərlə söyərək təhqir edib çıxıb getmələrini demişdir. Həmin vaxt onlar getmədikləri üçün Susanna oraya polis çağırmış, polis əməkdaşları oraya gələrək Susannadan qapını açmağı təklif etmişlər, qapını açdırmışlar. Susanna qapını açdıqdan sonra o, polis əməkdaşlarının yanında zorla evə daxil olub azyaşlı uşaqları ilə görüşmüşdür. Həmin vaxt orada dava-dalaş olmaması üçün orada olan polis əməkdaşları onun qolundan tutaraq onu evdən çölə çıxarmışlar, polis əməkdaşları çıxıb getmişlər və ona da oradan çıxıb getməsini dedikləri üçün o, da oradan çıxıb bacısı Günay Əliyeva ilə birlikdə öz yaşadığı evə getmişdir. Bundan başqa orada heç nə olmamışdır, Susanna Tağıyevanın onun və bacısı Günay Əliyevanın barəsində dediklərinin hamısı şər və böhtandır. Hazırda tutduğu əməldən peşmandır və barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs x11 izahatında bildirdi ki, oğlu x13 2001-ci ildə Şəxs ilə ailə qurmuş, 2018-ci ildə oğlu İlham keçmiş gəlini olan Sevincdən rəsmi olaraq boşanmışdır. 17.10.2019-cu il tarixdə saat təxminən 12-13 radələrində azyaşlı nəvələri olan x14 və x16 və xəstə qızı olan x10 ilə birlikdə yaşadığı evdə olan zaman keçmiş gəlini olan Şəxs yaşadığı evin giriş qapısını bərkdən döyərək nalayiq söyüşlər söyüb onu təhqir etməklə qapını açmağı ona demişdir. Buna görə də o, bir neçə dəfə 102 xidməti mərkəzinə zəng edərək polis çağırmış, Sevincin oradan kənarlaşdırılmasını xahiş etmişdir. Buna baxmayaraq Sevinc oradan getməmiş və polis əməkdaşlarıda çıxıb getmişlər. Bundan sonra o, bir neçə dəfə 102 xidməti zəng mərkəzinə məlumat versə də polis əməkdaşları gəlib oraya çıxmamışlar. Bundan sonra keçmiş gəlini olan Sevinc yaşadığı binanın qarşısında uca səslə nalayiq söyüşlər söyərək onu təhqir etməklə şərəf və ləyaqətini alçaltmışdır. Bundan təxminən bir neçə saat sonra yəni saat təxminən 18 radələrində Sevincin bacısı olan Günay oraya gələrək zərbə ilə qapısını döyərək qapını açmağı və söz deyib gedəcəyini bildirmişdir. O, da qapını açmamış, Günay isə nalayiq söyüşlər söyə-söyə binadan çıxıb binanın qarşısında bacısı Sevincin yanına getmişdir. Bundan sonra Günay bacısı Sevinc və yanlarında olan tanımadığı qadınla onu nalayiq söyüşlər söyərək təhqir etmişlər. Bundan sonra o, da 102 xidməti zəng mərkəzinə məlumat vermiş, oradan qruppa yaşadığı evə gəlmişdir. Həmin polis əməkdaşları ondan qapını açmağı tələb etdikləri üçün o, təxminən saat 19 radələrində evin giriş qapısını açmışdır. O, evin qapısını açan zaman 3 nəfər polis əməkdaşı ilə birlikdə keçmiş gəlini Sevinc, bacısı Günay və tanımadığı 1 nəfər kök qadın onun evinə daxil olmuşlar. Sevinc, Günay və tanımadığı qadın evinə daxil olduqdan sonra oraya gəlmiş polis əməkdaşları evdən çölə çıxmışlar, həmin vaxt Sevinc azyaşlı nəvəsi olan Qəzənfəri döymüşdür. Həmin vaxt Qəzənfər anası Sevincə yaxın getmədiyi üçün Sevincdə Qəzənfəri döymüşdür. Bundan sonra Qəzənfər anasına yaxın getmədiyi üçün Günay onun qolunu burub onu itələmişdir. Sevinc isə qarnından bir neçə dəfə təpik və yumruq vurub onu döymüşdür. Həmin vaxt Günay isə qolundan ona zərbə ilə vurub fiziki ağrılar yetirmişdir. Həmin vaxt Günayla Sevincin yanında oraya gəlmiş adını bilmədiyi qadın isə onun evinin şəkillərini çəkmişdir. Bundan sonra o, Günaygili prokurorluğa gedib şikayət edəcəyini dedikdə Günaygil evdən çıxıb getmişlər. Sevinc evdən çıxan zaman evin giriş hissəsində olan plastik materialdan hazırlanmış ayaqqabı dolabını qəsdən yerə aşırdıb sındıraraq yararsız hala salmış, bundan başqa onlar arasında heç nə olmamışdır. Bundan başqa keçmiş gəlini olan Şəxs hər gün onun yaşadığı evin 022-257- 31-26 saylı telefonuna zəng edərək mobil telefonda da onu nalayiq söyüşlərlə söyərək təhqir edib şərəf və ləyaqətini alçaltmaqla rahatçılığını pozur. Onun barəsind qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş x17 ifadəsində bildirdi ki, bacısı x1 İlham Qəzənfər oğlu ilə 2001-ci ildə rəsmi olaraq ailə qurmuş, bu nikahdan 4 övladları vardır. Övladları hal hazırda əri İlham Alışovun himayəsindədir, uşaqla görüş hüququ alması barədə mülki işləri Azərbaycan Respublikası Ali məhkəməsində baxılır. Bacısı Sevinc 17.10.2019-cu il tarixdə saat 15:30 radələrində azyaşlı uşaqlarının olduğu Susanna Tağıyevanın yaşadığı evə getmiş, uşaqları ilə görüş məqsədilə qapını döyərək keçmiş qaynanası olan Susanna Tağıyevaya qapını açmasını və uşaqları ilə görüşməyi xahiş etmişdir. Həmin vaxt Susanna Tağıyeva qapının arxasından nalayiq söyüşlər söyərək onu təhqir edib qapını açmayıb çıxıb getməyi demişdir. Bundan sonra o özü həmin mənzilə getmiş, Susannaya qapını açmasını xahiş etmişdir. Lakin Susanna qapını açmamış və polis çağırmışdır. Polislər gəldikdən sonra Susanna mənzilin qapısını açmış, bu zaman onlar içəri daxil olmuşlar. Həmin vaxt evdə səs haray olmasına baxmayaraq bacısı Sevinc heç kimi vurmamışdır. İnzibati materiala əlavə edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı x5 icraatında olan HK-1/2831 və 2898 nömrəli material üzrə cinayət işinin rədd edilməsi haqqında 24.11.2019-cu il tarixli qərarından görünür ki, Şəxs 17.10.2019-cu il tarixdə saat təxminən 19 radələrində ünvan 2 mənzil 14 saylı ünvanda keçmiş qaynanası x11 ilə arasında şəxsi münasibətləri zəmnində yaranmış mübahisə zamanı Şəxs, keçmiş qaynanası x8 və azyaşlı oğlu x9 vurub döyərək onlara dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib fiziki ağrılar yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işi başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti ərazi üzrə Kəpəz RPİ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatını və şahid ifadəsini dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün qismən etiraf edici ifadəsi ilə tam sübuta yetir. Məhkəmə Şəxs x8 və x9 vurmaması barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, material üzrə polis əməkdaşlarının izahatlarından, Gəncə şəhəri MTE PA şöbəsinin 12.11.2019-cu il tarixli 1677 nömrəli rəyi ilə Şəxs x8 və x9 vurması öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətaların xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası çərçivəsində 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədirlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-115/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-115/2020
31.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver