Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-115/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Tumanyan rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.1971-ci ildə Tumanyan rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində olan Goranboy rayon Məhkəməsinin 2(045)-1451/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən borclu Şəxs 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəflərindən borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Borclu Şəxs sonuncu izahatında borcunu ödəməyə imkanı olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 3(043)-594/2020 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilmişir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 3(043)-594/2020 saylı qərarından xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(104)- 310/2020 saylı qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 3(043)-594/2020 saylı qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, maddi imkanı zəif olması səbəbindən, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyini vaxtında icra edə bilməmişdir. Hazırda aylıq müəyyən edilmiş aliment borcunu vaxtlı-vaxtında ödəyir. Yığılmış aliment borcunu isə hər ay hissə-hissə ödəyərək bitirməyə çalışır. Məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun bütün tələblərinə hörmətlə yanaşmış, çağırışlara vaxtında getmişdir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Goranboy rayon Məhkəməsinin 2(045)- 1451/19 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs 3 uşağın saxlanılması üçün hər ay 240 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Goranboy rayon Məhkəməsinin 2(045)-1451/19 saylı, xx xxxxxx 2019ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2020-ci il tarixli Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi izahatın surətin Goranboy rayon Məhkəməsinin 2(045)- 1451/19 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığı təqdirdə barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixədək 1620 manat aliment borcu ödənilməmiş qalmışdır. Məhkəmə barəsində icraat aparılan şəxsi dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs törətdiyi iddia olunan, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsindən üç aydan çox müddət keçdiyindən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 105.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlbetmə müddəti üç ay təşkil edir. Şəxs barəsində xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin vaxtdan 5 aya yaxın vaxt keçdiyindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-115/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-115/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver