Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-116/2021 26.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X1 və X4 iştirakları ilə, xx.xx.1994-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşayan Şəxs barəsində Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsindən daxil olmus, Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xata haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli və xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan X1 “Tap.az” səhifəsində satmaq üçün yerləşdirdiyi 500 manat dəyəri olan “Playstation” markalı oyun aparatını dələduzluq edərək ələ keçirmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində ünvan 3 ünvanında yaşayan X2 350 manat dəyərində “Redmi Note 8” markalı mobil telefonu etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, pula ehtiyacı olduğu üçün həmin hərəkətləri etmişdir. Belə ki, “Playstation” markalı oyun aparatını satış üçün online səhifədə görmüş, zərərçəkmiş şəxsə zəng vurub onunla görüşmüşdür. Daha sonra həmin əşyanı evdəkilərə göstərmək adı ilə ələ keçirərək 280 manata satmışdır. Bundan başqa həmin qayda ilə X2 “Redmi Note 8” markalı mobil telefonu ələ keçirərək 170 manata satmışdır. Hazırda hərəkətlərindən peşimandır. Zərəri ödəmədiyini ancaq 10 gün vaxt verilərsə ödəyə biləcəyini göstərərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, Şəmkir rayonunda yaşayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə telefonda danışdıqdan sonra “Playstation” markalı oyun aparatını ona satmaq üçün Gəncə şəhərinə gəlmiş, “Azərbaycan” adlı mağazanın qabağında onunla görüşərək ”Dəmiryolu” adlanan əraziyə gəlmişlər. Şəxs “Playstation” markalı oyun aparatını evdəkilərə göstərmək adı ilə ondan alaraq, getmiş və qayıtmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs telefonuna zəng etsə də telefonunu söndürdüyü üçün onunla əlaqə saxlaya bilməmiş və onu tapa bilmədiyi üçün polisə şikayət etmişdir.Ona dəyən zərər ödənilmədiyi üçün inzbati xəta törədən şəxs Şəxs barəsində daha ciddi inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5i izahatında göstərdi ki,telefonu satmaq üçün internet səhifəsində elan yerləşdirmişdir. Şəxs ona zəng edərək telefonu almaq istədiyini söyləmişdir. Onlar görüşmüşlər, Şəxs telefonu evdəkilərə göstərmək adı ilə ondan alaraq getmiş və geri qayıtmamışdır. Şəxs telefonuna zəng etsə də telefonunu söndürdüyü üçün onunla əlaqə saxlaya bilməmiş və onu tapa bilmədiyi üçün polisə şikayət etmişdir. Ona dəyən zərər ödənilməmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin polis sahə rəisi polis baş leytenantı Elmar Kərimov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan X1 “Tap.az” səhifəsində satmaq üçün yerləşdirdiyi 500 manat dəyəri olan “Playstation” markalı oyun aparatını dələduzluq edərək ələ keçirmişdir. Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin sahə rəisi Hikmət Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində ünvan 3 ünvanında yaşayan X2 350 manat dəyərində “Redmi Note 8” markalı mobil telefonu etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ələ keçirmişdir. İşə əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin TB-in cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarların surətindən görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-yə göndərilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci ildə saat 15:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi dəymiş zərərin inzibati tənbeh tətbiq etməklə eyni vaxtda tutulması mümkün olmadığından zərər çəkmiş şəxslərə zərərlə bağlı Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbehi tətbiq edilsin Həbsdə saxlama müddəti xx.xx.2021-ci il tarixdən, saat 15:30-dan hesablansın Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavaistə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-116/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-116/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver