Məhkəmə qərarları › İş №3(043)-118/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-118/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-118/2021 28.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən daxil olmus, Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, DOS-6, bina 2, mənzil 10-da yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə usta işləyən X1 məxsus 1 ədəd 200 manat dəyərində perefaratoru gizli yolla oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, Gəncə şəhəri, DOS-6 ünvanda yerləşən 2 nömrəli binanın girişindən 1 ədəd perefarator oğurlamışdır. Daha sonra əməlindən peşman olaraq həmin perefaratoru öz sahibinə geri qaytarmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, həmin şəxslə barışdığını göstərərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri,DOS-6, bina 2, mənzil 10-da yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə usta işləyən X1 məxsus 1 ədəd 200 manat dəyərində perefaratoru gizli yolla oğurlamışdır. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ərizəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə protokollaşdırılmışdır. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 112, 114, 115, 117 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar