Məhkəmə qərarları › İş №3(043)-12/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-12/2020

08.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-12/2020 08.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X1 iştirakları ilə, ünvan 1 mənzil 1 ünvanda fəaliyyət göstərən hüquqi şəxs Şəxs MMC-in barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 398-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx xxxxxx 2019-cu il tarixdə saat 14:45-də ünvan 2 ünvanda Şəms şadlıq sarayının yanında yerləşən obyektdə Şəxs MMC tərəfindən xüsusi razılıq olmadan simsiz internet provayderi (internet qurlaşdırma) faktı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi Şəxs MMC-in nümayəndəsi X3 göstərdi ki, lsenziya alınması mürəkkəb məsələ olduğu üçün lisenziya almamış, bundan başqa lisenziya alaması üçün müvafiq orqanlara müraciət etmiş, ona bildirmişlər ki, simsiz internet provayderindən istifadə olunması üçün lisenziya tələb olunmur. O, bu fəliyyət nəticəsində 400 manat gəlir əldə etmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli, MN 003303 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx xxxxxx 2019-cu il tarixdə saat 14:45-də ünvan 2 ünvanda «Şəms» şadlıq sarayının yanında yerləşən obyektdə lisenziya olmadan simsiz internet provayderi (internet qurlaşdırma) fəaliyyəti ilə ilə məşğul olaraq 400 manat gəlir əldə etmişdir. İşdə olan Şəxs MMC-in rəhbəri X1 izahatından görünür ki, lisenziya tələb olunan fəliyyətlə, lisenziya olmadan məşğul oaraq 400 manat gəlir əldə etdiyini göstərmişdir. Operativ vergi nəzarətinin nəticələri haqqında xx xxxxxx 2019-cu il arixli, 000662 nömrəli aktdan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 14:45-də ünvan 2 ünvanda Şəms şadlıq sarayının yanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus obyektdə xüsusi razılıq (lisenziya) olmadan simsiz internet satışı ilə məşğul olması faktı aşkar edilmişdir. Material üzrə tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədinə nail olunmasını mümkün hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128, 130 -cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinib barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardanGəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar