Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-12/2021 06.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsini müvəqqəti icra edən polis mayoru X2, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, M.S.ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan X1 idarə etdiyi və taksi kimi fəaliyyət göstərdiyi avtomobilinə müştəri qismində əyləşərək, T.Ələkbərova məxsus 1 ədəd 400 manat dəyərində “Redmi Note 9” markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsini müvəqqəti icra edən polis mayoru X5 inzibati xəta haqqında protokolda qeyd olunmuş əməllərin Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, protokolda qeyd olunan əməl həqiqətən də onun tərəfindən sərxoş vəziyyətdə törədilmişdir. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində özünə məxsus “VAZ 21010” markalı **-DG- *** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan zaman, Gəncə şəhəri Ş.İ.Xətai prospektində 2705 dairəsi adlanan ərazinin yaxınlığında avtomobilinə müştəri qismində minmiş, sonradan adı ona məlum olan Şəxs ondan Gəncə şəhəri 3-cü mikrorayon ərazisində yerləşən, Türk Liseyinin yanma gedib, oradan da Yeni Gəncə qəsəbəsində yerləşən 6 saylı Notariat Kontorunun yanına aparmasını istəmişdir. Gəncə şəhəri 3-cü mikrorayon 23 nömrəli binanın qarşısına gedərək orada evdən pul götürəcəyini deyib ondan danışmaq üçün telefonunu istəmiş o, özünə məxsus “Redmi Note 9” markalı telefonunu Şəxs vermiş o telefonu götürərək tanımadığı şəxslə danışadanışa kənara çəkilmiş, onun başı qarışdığı üçün Şəxs telefonu götürərək həmin yerdən uzaqlaşmışdır. Bundan sonra, o ətrafa baxdıqda Şəxs orada olmadığını görmüşdür. Buna görə də o Kəpəz RPİ-nə gələrək bu barədə rəsmi olaraq ərizə ilə müraciət etmişdir. Şəxs ona qarşı dələduzluq etməklə ümumilikdə 400 manat maddi ziyan vurmuşdur Hazırda ona vurulmuş zərərin ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X3 məxsus 1 ədəd 400 manat dəyərində “Redmi Note 9” markalı mobil telefonun dələduzluq yolu ilə ələ keçirlməsi faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə 15:00-da inzibati qaydada tutulmuşdur. Şəxs dələduzluq yolu ilə özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsi ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 1 (bir) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2021-ci il saat 15:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-12/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-12/2021
06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver