Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-126/2022 11.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidməti Gəncə regional Dövlət yanğın nəzarəti idarəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidməti Gəncə regional Dövlət yanğın nəzarəti idarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Hüquqi şəxs Şəxs MMC-in barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidməti Gəncə regional Dövlət yanğın nəzarəti idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Gəncə şəhəri, Gəncə-Şəmkir yolunda yerləşən, Şəxs MMC-də 09.02.2022-ci il tarixdə yanğın-texniki müayinə zamanı YTQ N 03-2002, bənd 3,19,31, YTQ N 01-2001 bənd 1,9,12 qaydalarının pozulması aşkar edilmişdir. Məhkəmə iclasında Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidməti Gəncə regional Dövlət yanğın nəzarəti idarəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış üzrə Gəncə şəhəri, Gəncə-Şəmkir yolunda yerləşən, Şəxs MMC-də 09.02.2022-ci il tarixdə yanğın-texniki müayinə zamanı YTQ N 03-2002, bənd 3,19,31, YTQ N 01-2001 bənd 1,9,12 qaydalarının pozulması aşkar edilmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Zno Group LTD” MMC-nin nümayəndəsi X3 göstərdi ki, protokolla tanışdırlar. Yaxın zaman ərzində olan qüsurları aradan qaldıracaqdırlar. İnzibati materialda olan 09.02.2022-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhəri, Gəncə-Şəmkir yolunda yerləşən, Şəxs MMC-də 09.02.2022-ci il tarixdə yanğın-texniki müayinə zamanı YTQ N 03-2002, bənd 3,19,31, YTQ N 01-2001 bənd 1,9,12 qaydalarının pozulması aşkar edilmişdir. Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidməti Gəncə regional Dövlət yanğın nəzarəti idarəsi tərəfindən tərtib olunmuş 25.01.2022-ci il tarixli 0321 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, Şəxs MMC-də yanğın təhlükəsizlik qaydaları pozulmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İXM-in 518.1-ci maddəsinin məzmunundan görünür ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. İXM-in116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 209, 279.0.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, hesab edir ki, İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməli, həmin cərimə tənbehi şərti olaraq tətbiq edilməklə, törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 20 gün müddət təyin edilməli və həmin müddət ərzində hüquqpozmanı aradan qaldırdıqdan sonra məhkəməyə məlumat verməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31-34-cü və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə , qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Həmin cərimə tənbehi şərti olaraq tətbiq edilməklə, Şəxs MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 20 gün müddət təyin edilsin və həmin müddət ərzində hüquqpozmanı aradan qaldırması barədə məhkəməyə məlumat verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-126/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-126/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver