Məhkəmə qərarları › İş №3(043)-13/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-13/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-13/2021 07.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Şəxs Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən Nərimanov parkında ünvansız ucadan nalayiq ifadələr işlədən zaman, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3 izahatında göstərdi ki, protokolu Gəncə şəhər Kəpəz RPB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Rəşad Musayevin xx.xx.2021-ci il tarixli raportuna əsasən tərtib etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Gəncə şəhəri N.Nərimanov küçəsində yerləşən Nərimanov parkında ünvansız ucadan nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edərək, onu nizam intizama dəvət etmişdir. Lakin Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq, öz hərəkətini davam etmişdir. Bundan sonra Şəxs polis əməkdaşı tərəfindən saxlanılaraq Polis bölməsinə gətirilmişdir. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri nəzərdə tutulan inzibati xətaların törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən onu inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətdiyini etiraf edərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 21:30 radələrində tanıdığı Samir adlı şəxslə Gəncə şəhərində yerləşən Nərimanov parkında söhbət edən zaman, Samir onu əsəbləşdirərək getmişdir. O Samirə əsəbi olduğu üçün onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və onu nizam intizama dəvət etmiş, lakin o əsəbi olduğu üçün öz hərəkətlərini davam etdirmişdir. Samirin ona borcu var O dəfələrlə Samirdən borcunu qaytarılmasını tələb etsə də, Samir borcun qaytarmayacağını ona bildirmişdir. Buna görə də o Samirin bu cür hərəkətlərinə əsəbləşmişdir Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, həmin vaxt emosional olduğu üçün əsəblərini cilovlaya bilmədiyini, bir daha belə əməllərə yol verməyəcəyini bildirərək, yaşının gənc olmasını nəzərə alaraq onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli raportdan məlum olur ki, Gəncə şəhər Kəpəz RPB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Rəşad Musayev rəisinə müraciət edərək bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə Kəpəz RPB-in inzibati ərazisində xidmət aparan zaman adı sonradan ona məlum olan Şəxs Gəncə şəhəri N.Nərimanov küçəsində yerləşən Nərimanov parkında ünvansız ucadan nalayiq ifadələr işlətmişdir. O, Şəxs yaxınlaşaraq özünü təqdim edərək, onu nizam intizama dəvət etmişdir. Lakin Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq, öz hərəkətini davam etmişdir. Bundan sonra Şəxs tərəfindən saxlanılaraq Polis bölməsinə gətirilərək növbəti hissəyə təhvil vermişdilər. Buna görə də göstərilənləri nəzərə alaraq, onların barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və işin digər materialları ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında Şəxs inzibati məsuliyyətdən və ya tənbehdən azad edilməsi üçün hallar müəyyən edilməmişdir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs qızı İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını halı nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx xxxxxx 2021-ci il saat 13:00dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar