Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-130/2022 01.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdi: «Ultra Lab” MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, 18.01.2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 1 ünvanda yerləşən “X5” klinikasında keçirilən reyd zamanı işçinin tibbi maskadan istifadə etməməsi halı aşkar olunmuşdur. Bununla da «Ultra Lab” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 3(043)- 80/2022 saylı qərardadına əsasən «Ultra Lab” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər baş İdarəsi tərəfindən tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan, natamamlıqla bağlı hüquqi şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol məhkəmə tərəfindən geri qaytarılmışdır. Məhkəmə qərarında qeyd edilmişdir ki, inzibati araşdırma zamanı hüquqi şəxsin nümayəndəsinin işə cəlb edilməsi, onun nümayəndə qismində səlahiyyətini təsdiq edən sənədin işə əlavə edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi təmin edilməmiş, yalnız ehtimal edilən faktın aşkar edildiyi "xxxx" MMC-yə məxsus klinikada işləyən X2 işə cəlb edilmiş, protokolu hüquqi şəxsin nümayəndəsi kimi həmin şəxs imzalamışdır. Nəzərə alınmalıdır ki, ixtiyari bir şəxs, hətta hüquqi şəxsin işçisi olsa belə müvafiq səlahiyyətlərin olmasını təsdiq edən etibarnamə olmadıqda, inzibati xəta haqqında iş üzrə icraatda hüquqi şəxsin nümayəndəsi ola bilməz. X2 "xxxx" MMC-də həqiqətən işləyib-işləməməsi, işləsə belə, onun hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olmasını təsdiq edən heç bir sənəd (etibarnamə və s.) olmamışdır. Ona görə də, o, protokolu tərtib etmiş şəxs tərəfindən hüquqi şəxsin nümayəndəsi qismində cəlb edilə bilməzdi. Hazırda daxil olmuş materiala əlavə edilmiş sənədlərdən görünür ki, X1 "xxxx" MMC-də direktor müavini işləsə də, bu hal ona hüquqi şəxsi təmsil etmək səlahiyyəti vermir. Onun hüquqi şəxsin nümayəndəsi qismində çıxış edə bilməsi üçün hüquqi şəxsin direktoru tərəfindən ona müvafiq etibarnamə verilməlidir. Bundan başqa, məhkəməni qərarında qeyd edilmişdir ki, qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməklə onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq həmin hüquqi şəxsin rəhbəri və ya başqa işçisi tərəfindən törədilən inzibati xəta ilə bağlıdır. Bu halda xətaya görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiqi, həmin tədbirin tətbiqinə səbəb olmuş eyni xəta ilə bağlı fiziki şəxsin də inzibati məsuliyyətə cəlb edilməsi istisna edilmir. Fiziki şəxsin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarını qorumaq üçün törətdiyi əməl o halda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər ki, fiziki şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri olsun. Beləliklə, fiziki şəxsin əməlində inzibati tərkibi olmadıqda, o cümlədən fiziki şəxs barəsində iş üzrə icraata bəraətverici əsaslara xitam verildikdə, fiziki şəxsin törətdiyi əmələ görə məsuliyyətə cəlbetmə müddətləri keçdikdə hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. 12 saylı ərazi vergilər baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 18 yanvar 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokolda iddia edilən inzibati xəta hadisəsinin "xxxx" MMC-yə məxsus klinikada aşkar edilməsi göstərilmişdir. Lakin, protokol və ona əlavə edilmiş materialda bu xətaya görə Cəmiyyətin məsuliyyətinin müəyyən edilməsi üçün hansı hüquqi əsas olması, Cəmiyyətin hansı vəzifəli şəxsi və ya vəzifəli şəxsin nəzarət etməli olduğu işçisi tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması və ya pozuntunun qarşısının alınmamasının hansı hərəkətlərdə ifadə olunması qeyd edilməmiş və buna dair mötəbər sübut işə əlavə edilməmişdir. Belə ki, protokolda hüquqi şəxsin işçisinin tibbi maskadan istifadə etməməsi qeyd olunsa da, həmin şəxsin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi, tibbi qoruyucu vasitələrdən məhz müştərilərə xidmət göstərilən sahədə istifadə edilməməsi kimi məsələlər aydınlaşdırılmamış və bu barədə sübutlar işə əlavə edilməmişdir. Təqdim edilmiş materialdan göründüyü kimi, 12 saylı Ərazi Vergilər Baş İdarəsi «Ultra Lab” MMC-nin barəsində tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər, məhkəmənin qərardadında qeyd edilən natamamlıqlar aradan qaldırmadan təkrarən baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 31 yanvar 2022ci il tarixli 3(043)-80/2022 saylı qərardadında göstərilən yuxarıda qeyd edilən natamamlıqlar aradan qaldırılmadan, «Ultra Lab” MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında materiala baxılması mümkün deyildir. Ona görə də, protokol və ona əlavə edilmiş sənədlərin surətləri 12 saylı ərazi vergilər Baş İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «Ultra Lab” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər Baş İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-130/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-130/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver