Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-132/2020 04.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x1 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis leytenantı x2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs x4 iştirakı ilə; xx.xx.1979-cu ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, 2-ci qrup əlil, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİin Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis leytenantı x5 tərəfindən 04.02.2020-ci il tarixdə inzibati xəta haqqında ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis leytenantı x5 bildirdi ki, Şəxs 13.01.2020-ci il tarixdə saat təxminən 15 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən "Bolmart" mağazasının qarşısında x7 ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Şəxs, x6 vuraraq ona fiziki ağrılar yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işi başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmişdir. Bu səbəbdən də tərəfindən 04.02.2020-ci il tarixdə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, ailəlidir və 3 övladı var. Rəsmi heç yerdə işləmir və ailəsini dolandırmaq üçün taksi kimi fəaliyyət göstərir. 13.01.2020-ci tarixdə Dəyirmanın dairəsi adlanan yerdə "Bolmart" mağazasının qarşısında avtomobilini işləmək üçün saxlamış və orada olan digər taksi sürücüləri ilə zarafatlaşmışdır. Onlar zarafatlaşan vaxt oradan keçən adı ona sonradan məlum olan Rəşad adlı şəxs onunla zarafatlaşdıqlarını düşünüb qulağındakı səs qulaqcığını çıxararaq onun üzərinə gəlib onunla münaqişə yaratmış və ona nalayiq söyüşlər söymüşdür. O, həmin şəxsə barəsində heç bir söz demədiyini və çıxıb getməsini demişdir. Lakin adı ona sonradan məlum olan Rəşad adlı şəxs ona əl-qol atmaq istəyərkən o, Rəşadı əli ilə itələyib kənara durmasını demişdir. Rəşad ondan əl çəkmək istəməmiş, nalayiq söyüşlər söydüyündən o, yaxasından tutaraq Rəşadı silkələmiş ki, özünə gəlsin. Daha sonra orada olan digər şəxslər onları aralamışlar və Rəşad kənara çəkilərək DİN-nin 102 xidmətinə müraciət edib onu tutduracağını demişdir. O, bundan sonra kənarda duraraq səssiz dayanmış, daha sonra ora polislər gəlmişlər. O, Rəşadı döyməmiş, əli ilə itələmiş, daha sonra Rəşad ondan aralaşmadıqda o, Rəşadın yaxasından tutaraq silkələmiş, Rəşadın əynindəki koftası cırılmışdır. Hazırda tutduğu əməldən peşmandır və barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs x7 izahatında bildirdi ki, 13.01.2020-ci il tarixdə saat təxminən 15 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində Bolmartın qarşısı ilə evə gedərkən, bir nəfər tanımadığı şəxs adı ona sonradan müəyyən olan Ruslan onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Ruslana öz iradını bildirdikdə həmin şəxs ona sillə ilə vurub əynində olan paltarı dartaraq cırmışdır. Onun cinsi azlıq nümayəndəsi olduğu üçün onu lağa qoymuş, o, da həmin şəxsə irad bildirdiyindən həmin şəxs onu sillə ilə vurub döymüşdür. Bədəni üzərində gözlə görüləcək xəsarət olmadığından MTE-dan keçməkdən imtina etmişdir. O, cinsi azlığın nümayəndəsi olduğu üçün Ruslan onu döymüşdür. Onun barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. İnzibati materiala əlavə edilmiş, Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı x3 icraatında olan HK-1/116 saylı material üzrə cinayət işinin rədd edilməsi haqqında 17.01.2020-ci il tarixli qərarından görünür ki, Şəxs 13.01.2020-ci il tarixdə saat təxminən 15 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən "Bolmart" mağazasının qarşısında x7 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Şəxs, x6 vuraraq ona fiziki ağrılar yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işi başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatını tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün qismən etiraf edici ifadəsi ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətaların xarakterini və onun ikinci qrup əlil olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası çərçivəsində 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədirlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-132/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-132/2020
04.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver