Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-132/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 09.12.2021-ci il tarixdə saat 15 radələrində sürücü, Şəxs idarə etdiyi “Hyundai Aksent” minik markalı ** OR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən sürücü, X3 idarə etdiyi “VAZ 21061” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, VAZ-2106 markal ıavtomobil isə sürücü X1 idarə etdiyi QAZ 3110 minik markalı avtomobillə toqquşmaqla Mobil Məsimovun boyun nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması qismində yüngül xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətindən peşman olduğunu bildirərək göstərdi ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Hyundai Accent” minik markalı **-OR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili o, etibarnamə əsasında idarə edir. 09.12.2021-ci il tarixdə o, idarə etdiyi “Hyundai Accent” minik markalı **-OR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhərindən Goranboy rayonuna gedən zaman təxminən saat 15 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə təxminən saatda 40-50 km/saat sürətlə hərəkətdə olan zaman Texnologiya Universitetinin bərabərliyində onun qarşısında VAZ- 2106 minik markalı avtomobil onunla eyni istiqamətdə hərəkətdə olmuşdur. Həmin VAZ- 2106 minik markalı avtomobilin qarşısında da QAZ 3110 minik markalı avtomobil dönmə əməliyyatı edərkən onun qarşısında hərəkətdə olan VAZ-2106 minik markalı avtomobil qəflətən əyləci sıxmışdır. Bu zaman o, da əyləci sıxmış, lakin onun idarə etdiyi avtomobilin qabaq hissəsi VAZ-2106 minik markalı avtomobilin arxa hissəsindən dəymişdir, sonra VAZ-2106 minik markalı avtomobilin qabaq hissəsi QAZ-2110 minik markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər, hadisə yerini müayinə etmişdilər, QAZ-3110 minik markalı avtomobilin sürücüsü özünü narahat hiss etdiyi üçün hadisə yerinə TTY avtomobili gəlmişdir. Zərərçəkmiş şəxsə dəyən ziyanı ödədiyini, onunla barışdığını göstərərək barəsində yüngül tənbeh verilməsini xahiş etdi. İnzibati materiala əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18.02.2022-ci tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. İnzibati materiala əlavə olunmuş 28.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə olunmuş ”Məhkəmə-Tibbi Ekspertiza və X2” tərəfindən verilmiş 05.02.2022-ci il tarixli 2081 nömrəli rəydən görünür ki, X1 bədənində olan xəsarətlər 09.12.2021-ci il tarixə uyğun gəlir və “Yüngül” zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs X1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona dəyən ziyan ödənildiyi üçün şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alaraq hesab edir ki, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi məqsədi ilə barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43,112,114,115,117,128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1988-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-132/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-132/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver