Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-14/2022 05.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkarlar X7 və X2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X10 iştirakları ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 05.01.2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 bildirdi ki, Şəxs barəsində olan Samux Rayon Məhkəməsinin 2(058)-620/2018 saylı 03.07.2018-ci il tarixli icra sənədinə əsasən ondan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 136 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X12 ödənilməsi, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1388/2019 saylı, 01.08.2019-cu il tarixli icra sənədinə əsasən hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 390 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2284/2019 saylı, 25.07.2019-cu il tarixli icra sənədinə əsasən qızıl zinət əşyaları natura şəklində və ya onların dəyəri olan 7795 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2255/2021 saylı, 13.07.2021-ci il tarixli icra sənədinə 4000 manat məbləğində pul vəsaiti tutularaq X1 ödənilməsi qət edilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildirişlər və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs bu günkü tarixə tələbkar X12 1960 manat , Zərərçəkmiş şəxs 7795 (yeddi min yeddi yüz doxsan beş) manat aliment borcu yaranmışdır. X1 isə 4000 (dörd min) manat borcu vardır. Borclu Şəxs sonuncu izahatında yaranmış borclarını ödəməyə imkanı olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatnda göstərdi ki, icra sənədləri üzrə müəyyən olunmuş borcları birdəfəlik ödəməyə imkanı yoxdur. Hal-hazırda heç bir yerdə işləmir. Bununla bağlı kredit götürərərək avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin krediti ödəyə bilmədiyindən avtomobili ondan almışdırlar. Məhkəmə iclasında tələbkar X15 göstərdi ki, borclu ödənişi qərəzli olaraq ödəmir və yubadır. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi (vəkili) X17 çıxışında borclunun alimenti ödəməkdən qərəzli olaraq yayındığını göstərdi. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2284/2019 saylı, 25 iyul 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs məxsus olan 3,8 qram çəkidə 220 manat dəyərində üç qaşlı toppuz üzük, 2,3 qram çəkidə 140 manat dəyərində tək qaşlı üzük, 6 qram çəkidə 310 manat dəyərində bəxt üzüyü, 5,6 qram çəkidə 320 manat dəyərində fantaziya dəst, 9 qram+25 qram çəkidə 1700 manat dəyərində traktor bilərzik və sep dəsti, 3,9 qram çəkidə 215 manat dəyərində sep, 7,4 qram çəkidə 400 manat dəyərində sep (4,8 qram) və sırğa (2,6 qram), 2.0 qram çəkidə 110 manat dəyərində tərəzi klon, 8,5 qram çəkidə 500 manat dəyərində İtaliyan sepi, 2,0 qram çəkidə 110 manat dəyərində tək qaşlı uşaq üçün sırğa, 8,46 qram çəkidə 470 manat dəyərində kale, 3 ədəd-40 qram çəkidə 1800 manat dəyərində reket sep, 10 qram çəkidə 700 manat dəyərində onluq klon və 13 qram çəkidə 800 manat dəyərində brilyant qaşlı, qaşı bənövşəyi rəng ametis sırğa qızıl-zinət əşyaları naturada, bu mümkün olmadıqda isə onların dəyəri alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.08.2019-cu il tarixli, 2(043)- 1388/2019 saylı, icra vərəqəsinin surətindən görünür ki, 18.10.2004-cü il təvəllüdlü X14, 04.04.2010-cu il təvəllüdlü X6 və 25.12.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs 28 fevral 2019-cu il tarixdən başlayaraq uşaqların hər biri üçün 130 manat olmaqla hər ay cəmi 390 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-620/2018 saylı, 03.07.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs qazancından və başqa gəlirlərindən hər ay 136 manat sabit pul məbləğində aliment tutularaq 07 oktyabr 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X8 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(043)- 2255/2021 saylı, icra vərəqəsinin surətindən görünür ki, Şəxs 4000 manat pul alınaraq X9 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərin surətindən görünür ki, borclu Şəxs icra sənədlərində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona, icra sənədlərinin icra edilməməsi ilə bağlı məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi izahatların surətindən görünür ki, icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığı təqdirdə qanuna müvafiq qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş ) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 05.01.2022-ci il tarixdən, saat 17:55-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-14/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-14/2022
05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver