Məhkəmə qərarları › İş №3(043)-144/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-144/2021

03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-144/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər BPİ Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta materialına baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsində tərtib edilmiş material aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materialda Şəxs xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı **-AA- *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 10 manat məbləğində inzibati cərimə olunduğu, lakin həmin cəriməni 3 ay ərzində ödəmədiyi, bu hərəkəti ilə İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. Məhkəmə iclasında Şəxs bildirdi ki, onun heç vaxt mülkiyyətində və istifadəsində “Mercedes Benz” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil olmamışdır. xx.xx.2020-ci il tarixdə həmin avtomobillə inzibati xətanı o törətməmişdir. İnzibati xəta haqqında bildiriş ona gəldikdə bu barədə dərhal Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinə məlumat vermiş, ona araşdırıb məlumat verəcəklərini bildirmişlər. Lakin indi ona məlum olur ki, hər hansı tədbir görülməmiş və onun barəsində cəriməni ödəmədiyi üçün protokol tərtib edilmişdir. O, özü araşdırıb müəyyən etmişdir ki, həmin avtomobil dövlət orqanlarından birinə aid avtomobildir, səhvən dövlət orqanı tərəfindən həmin avtomobilin onun tərəfindən idarə edilməsi barədə yol polisinə məlumat verilmişdir. Məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında materiallar natamam olduğundan protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmamasını, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcudluğunu, inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsi, işin icraatını rədd edən halların mövcud olub-olmaması və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması s. məsələləri həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas yaradır. Göründüyü kimi İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti kimi qanuni qüvvəyə minmiş qərarın icra edilməməsi göstərilmişdir. Barəsində icraat aparılan şəxs inzibati xətanın törədildiyi avtomobilin ona heç bir aidiyyətinin olmadığını, bu barədə yol polisinə məlumat verdiyini, lakin zəruri araşdırmanın aparılmadığını bildirmişdir. Protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən barəsində icraat aparılan şəxsin verdiyi məlumatların araşdırılması mümkün olmamış, eləcə də inzibati xətanın həqiqətən də Şəxs tərəfindən törədilməsi barədə yekun nəticəyə gəlməyə əsas verən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda inzibati xəta haqqında materialın natamam olduğu və məhkəmə baxışı zamanı tamamlanmasının mümkün olmadığı müəyyən edildiyindən material natamamlığın aradan qaldırılması üçün protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər BPİ Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar