Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-156/2021 19.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» MMC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, «xxxx» MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidməti Gəncə regional Dövlət X4ndə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: «xxxx» MMC-in barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidməti Gəncə regional Dövlət X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən «xxxx» MMC-in mağazasında yanğın-texniki müayinə zamanı 01.2001 nömrəli yanğın təhlükəsizliyi qaydalarının 1.9.4,1.9.12, 2.1, 10.4, 6.4, 6.7, 5.3 bəndlərinin pozulması aşkar edilmişdir. Məhkəmə iclasında «xxxx» MMC-in nümayəndəsi X2 göstərdi ki, həqiqətən də müəssisədə qeyd edilən orqan tərəfindən yoxlama aparılmış və bir sıra pozuntular aşkar edilmişdir. Əməllərindən peşman olmasını bildirərək həmin pozunuların qısa müddət ərzində aradan qaldıracaqlarını göstərdi. İnzibati materialda olan xx.xx.2021-ci il tarixli, MN0516943 nömrəli protokoldan görünür ki, «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət X4 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN0516943 nömrəli protokoldan görünür ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən «xxxx» MMC-nin mağazasında yanğın-texniki müayinə zamanı YTQ 01.2001ə əsasən b., 1.9.4b.1.9.12.b.2.1, b.10.9., b.6.4, b.6.7, b 5.3 bəndlərinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidməti Gəncə regional Dövlət X4 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 0186 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, «xxxx» MMC yanğın təhlükəsizlik qaydalarını pozmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, «xxxx» MMC-in İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəx «xxxx» MMC-in nümayəndəsinin əməllərindən səmimi peşman olmalarını məsuliyyətlərini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəx «xxxx» MMC-in inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-in 518.1-ci maddəsinin məzmunundan görünür ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. İXM-in 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 209, 279.0.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, hesab edir ki, İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməli, həmin cərimə tənbehi şərti olaraq tətbiq edilməklə, törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 20 gün müddət təyin edilməli və həmin müddət ərzində hüquqpozmanı aradan qaldırdıqdan sonra məşkəməyə məlumat verməlidir. Göstərilənləri nəzərə alaraq və AzərbaycAN Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31-34-cü və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə , qərara aldı: «xxxx» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunsun. Həmin cərimə tənbehi şərti olaraq tətbiq edilməklə, «xxxx» MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 20 gün müddət təyin edilsin və həmin müddət ərzində hüquqpozmanı aradan qaldırması barədə məhkəməyə məlumat verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-156/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-156/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver